main-post-cover

    iPhone sifariş etdi, qutusundan kilid çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Alan NG adlı Çinli bir müştərinin 11street adlı online saytdan aldığı iPhone 6S'in qutusundan kilid çıxdı.

    Online marketlərdə tez tez qarşımıza çıxan bu vəziyyət bu dəfə Alan adlı şəxsin başına gəlib. 11street saytından iPhone 6S 16 GB sifariş edən Alan, gələn qutunun içində kilidlə qarşılaşıb. 734 dollar ödədiyi telefonun qutusundan kilid çıxdıqda şoka düşən Alan, dərhal saytın idarəçiləri ilə əlaqəyə yaradıb və rəhbərlik ona yeni telefonunu göndərib. 

     

    Belə bir problemin yaşandığı üçün Alandan üzr istəyən şirkət, müştərini ofislərinə dəvət edərək telefonu ona təqdim etdi.
    Bu tip alış veriş saytlarında hər zaman məhsul haqqındakı fikirlərə diqqət yetirin. Məhsulu satan şəxsin reytinqinə və xallarına nəzər yetirin. Yoxsa belə hal sizin də başınıza gələ bilər.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər