main-post-cover

    Son Dəqiqə! iPhone\'un kilidi sındırıldı! FBI\'ın edə bilmədiyini onlar etdilər.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    FBI'ın qıra bilmədiyi iPhone, SoFlo adlı komanda tərəfindən sındırıldı. 

     
    Bildiyiniz kimi texnologiya gündəmi həftələrdir AppleFBI arasında olan münasibətlə zəbt olunub. Bir iPhone 5c istifadə edən terroristin telefonundakı məlumatları almaq üçün Apple'dan kömək istəyən FBI rədd cavabı almışdı. Bundan sonra bu münasibət Amerikanın gündəminə oturmuş və texnologiya dünyası 2 yerə ayrılmışdı.

    Bir qisim qruplar FBI dəstəklədiyi halda, bəzi firmalar müştərinin gizliliyinin qorunması adı ilə Apple'ın tərəfini tutmuşdular. Lakin nəhayət SoFlo adlı komanda Apple'dan heç bir məlumat və texniki yöntəm almadan iPhone kilidini açmağı bacarıblar.
     

    iPhone kilidini necə açmaq olar?

    Bunun üçün telefonu kiliddən açan zaman sizdən kod istəniləndə "imtina et" düyməsiə toxunursunuz. Bundan sonra ana ekrana uzun müddət basıb Siri'dən saatın neçə olduğunu soruşursunuz. Növbəti addımda mövcud əraziyə görə saat haqqında məlumat verən Siri'nin ekranında görünən saata daxil olursunuz. Daha sonra sağ üst hissədə olan + iconuna klikləyib ora müəyyən söz yazın.
    (Məsələn:Technote)


    Təbii ki, açılan ekranda belə bir saatın mövcud olmadığı haqda məlumat veriləcək. Həmin yazının üzərinə uzun müddət basılı saxlayaraq Paylaş düyməsinə klik edirsiniz. (Əgər uzun müddət basılı saxladıqdan sonra paylaş paneli açılmırsa, iki dəfə klik etməyi yoxlayın) Davamında Mesaj olaraq paylaşın və göndərəcəyiniz adamın adı yerinə Technote yazın. Yazdığınız yazıya klik edib "yeni kontakt əlavə et" seçiminə daxil olun. Açılan ekranda şəkil əlavə et seçimini edin və galereya'ya daxil olun. 




    Albomlar hissəsinə gəldikdə ana menu düyməsinə basın və beləcə şifrəyə ehtiyac qalmadan iPhone'a daxil olun.
    Video izah üçün daxil olun.
    Linki kopyala