main-post-cover

    iPhone sözündəki "i" hərfinin mənası nədir ?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple məhsullarının adlarındakı ilk hərf olan "i" hərfi necə yaranıb və mənası nədir ?
     
    iMac, iPhone və iPod.. Apple'ın istehehsal etdiyi bütün məhulların ilk hərfi kiçik "i" hərfidir. Bu hərf necə bu qədər məşhurlaşıb və necə yaranıb ?

    Apple kiçik "i" hərfini ilk dəfə 1998-ci ildə iMac  modelində istifadə edib. Steve Jobs, iMac'ı təqdim edəndə bu hərfin mənasını özü demişdi. "i" əvvəllər "internet" mənasında istifadə olunmuşdu. Bir çox istifadəçi internetdən rahat və sürətli istifadə edə biləcəyi bir cihaz axtarırdı. iMac, bu ehtiyacı qarşılayacaqdı.
     
    iPhone sözündəki "i" hərfinin mənası nədir ?


    Steve Jobs, hərfin digər mənalarını da sırasıyla demişdi. Jobs'a görə "i" hərfinin mənası həm də,  "individual" (fərdi), "instruct" (təlimatlandırmaq), "inform" (məlumatlandırmaq) ve "inspire" (ilham vermək) idi. Hərfin iMac və digər Apple məhsullarındakı uğurundan sonra, 2007-ci ildə ilk Apple telefonu olan iPhone'da da "i" hərfindən istifadə edildi. Ancaq Apple'ın ən axırıncı məhsullarının adının önündə "i" hərfi yoxdur. Məsələn: Apple Watch ve Apple TV.  İndiki dövrdə hər hansı cihazın internetə daxil ola bilməsi qeyri-adi bir şey deyil, ona görə artıq Apple'ın "i" hərfinə ehtiyacı olmadığı hesab edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər