main-post-cover

    "iPhone-u icad edən şəxs" Apple-ı məhkəməyə verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Florida ştatının sakini Thomas Ross Apple şirkətini ideya oğurluğu barəsində məhkəməyə verib. Ross bildirib ki, məhz o 1992-ci ildə iPhone smartfonunu icad edib. Thomas Ross şirkətdən 10 milyard dollar dəyərində təzminat tələb edir. Bundan əlavə o şirkətin satışlarından 1.5% pay istəyir. Sübut kimi Ross məhkəməyə böyük ekrana sahib düzbucağın çertyojlarını təqdim edib. Çertyojlar 1992-ci ildə çəkilib. Apple isə öz ilk iPhone modelini 2007-ci ildə satışa çıxardıb. İttihama həmçinin ikitərəfli sensor ekranlı qatlana bilən modelin çertyoju da daxildir. Həmin modelə stilus da daxildir və o xarici görünüşcə Nintendo 3DS-ə bənzəyir. Ross öz icadının patentini almağa çalışmışdır. Lakin vaxtı ikən qeydiyyat üçün tələb olunan rüsumu ödəyə bilməmişdir. Buna baxmayaraq Steve Jobs iPhone-nun ilk modelini təqdim edəndən 12 gün sonra Ross ABŞ-ın patent bürosunda ittiham qaldırmışdır. Büro isə daha əvvəl icadın Ross-a aid olduğunu təkzib etmişdir. Təzminatdan əlavə olaraq Ross Apple-dan yaradılmış bütün pirat və kopyalanmış modellərin məhv edilməsini tələb edir. Bu ilin mart ayında o Tim Cook-a oğurluğun dayandırılması haqqında məktub göndərmişdi. Şirkətin hüquqşunası isə qeyd etmişdi ki, bu cür ittihamlar əsassızdır.
    Linki kopyala