main-post-cover

    iPhone-u iki dəfə sürətli şarj etməyin yeni üsulu (ViDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone və iPad-lərin imkanlarından nə qədər çox faydalanırıqsa həmin cihazların enerjiləri bir o qədər tez bitir.

    Şarjı bitmiş cihazın bir neçə saniyədə tam enerji yığmasının bir üsulu yoxdur. Lakin cihazın şarj yığma sürətini artırmağın üsulları kifayət qədərdir. SuperSaf TV layihəsi iPhone-nun öz şarj cihazından deyil, iPad şarj cihazından istifadə edərək iPhone-nun nə qədər sürətlə enerji yığmasını yoxlayıb. Bloggerlər təcrübə zamanı iki ədəd iPhone 7 Plus modelindən istifadə ediblər. Onlardan biri özünün şarj cihazını, digəri isə iPad-ın şarj cihazına qoşulmuşdur. Təcrübə zamanı 0%-dən 100%-ə qədər enerjinin yığma sürəti ölçülürdü.
     
     
    Beləliklə batareyaların vəziyyətlərini şarja başlayandan yarım saat sonra yoxlayıblar. Standart şarj cihazlı iPhone 7 Plus 17 %, iPad-ın şarj cihazına qoşulmuş iPhone 7 Plus isə 34% nəticə göstərdi. İki nəticə arasındakı fərq göz önündədir. Bir saatdan sonrakı ikinci yoxlanışda nəticələr 35% və 64% olub. Yarım saatdan sonrakı üçüncü yoxlamada isə nəticələr 53% və 85% olmuşdur.
    Solda gördüyünüz standart şarj cihazlı iPhone 7 Plus, sağ tərəfdə gördüyünüz isə iPad şarj cihazlı iPhone 7 Plus-dır.
    Nəticə etibarı ilə iPad-ın şarj cihazına qoşulmuş iPhone 7 Plus 100% enerjini 2 saat 5 dəqiqə ərzində yığmışdır. Həmin müddətdə isə standart şarj cihaza qoşulmuş iPhone 7 Plus hələ 73% enerji yığmışdı. Beləliklə onun tam enerji yığma nəticəsi 3 saat 43 dəqiqə olmuşdur. Nəyə görə digər iPhone-da proses sürətli gedib? Hər şey çox sadədir. iPhone batareyasının şarj olunma sürəti onun qoşulu olduğu enerji mənbəyindən asılıdır. "Apple” smartfonlarının şarj cihazları 1 A (Amper) cərəyan gücü ötümək üçün nəzərdə tutulduğu halda, iPad-ın şarj cihazı 2.1 A cərəyan gücü ötürür. Məhz bunun sayəsində ikinci iPhone 7 Plus daha sürətli şarj olunmuşdur. Qeyd etmək lazımdır ki, bu üsul yalnız iPhone 6/6s/7iPhone 6Plus/6s Plus/7 Plus modellərində çalışır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər