main-post-cover

    iPhone-u istehsal edən ilk şirkət Apple deyildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çoxlarımıza Apple-dan tanış olan iPhone telefonunun ilk istehsalçısı Apple deyildi.

    iPadiMac termininlərinin Apple-a məxsus olduğunu rahatlıqla deyə bilsək də, eyni sözləri iPhone üçün deyə bilmərik. Çünki, Apple, iPhone telefonunu istehsal edənə qədər başqa bir şirkət tərəfindən iPhone istehsal olunmuşdu və maraqlısı isə odur ki, həmin telefon ev telefonu idi. 1998-ci ildə Kaliforniya mərkəzli InfoGear şirkəti "touch screen" ekrana malik iPhone adında ev(iş) telefonu istehsal etmişdi. 640x480 piksel ölçülərində ekrana malik bu modeldə 2 MB RAM, sürüşkən QWERTY kaviatura və e-poçt dəstəyi mövcud idi. İnfoGear şirkəti cəmi 1 il sonra 1999-cu ildə iPhone istehsalını dayandırmış və 2000-ci ildə Cisco tərəfindən alınmışdır. Cisco-ya satılandan sonra markanın adının dəyişməsi iPhone terminin 6 illik tarix olmasına səbəb olmuşdu. 2006-cı ildə VoIP telefonlar üçün Linksys iPhone adını istifadə edən Cisco yenidən bu modelin istehsalına başlamışdır.

     
    Əsl qiyamət isə 1 il sonra qopur. Macworld konfransında ilk iPhone-u tanıtdıqdan dərhal sonra Apple, Cisco tərəfindən marka adının oğurlanması ilə bağlı olaraq məhkəməyə verilir. Məsələni aralarında həll etməyi qərara alan iki şirkət uzun sürən mübahisələrin sonunda razılığa gəlməyi bacarırlar. Bundan sonra isə Cisco bir daha iPhone adlı cihaz istehsal etməmiş və bu brend Apple-a məxsus olmuşdur.



    Mənbə: webtekno.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər