main-post-cover

    iPhone-u plastik butulkalar vasitəsilə necə şarj etmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Lazımi vaxtda enerjisi bitmiş smartfon batareyasından pis bir şey yoxdur. Lakin elmi təcrübələr həvəskarı Thomas Kim üçün bu artıq problem deyil.

    Öz sonuncu təcrübələrindən birinin çərçivəsində Kim fövqaladə vəziyyətdə iPhone-u necə şarj etmə üsulunu göstərib. Generator rolunu plastik butulkaları fırladaraq su çarxı əmələ gətirən kiçik şəlalə oynayıb. Faza mühərriki və düzləndirici vasitəsilə kiçik su mənbəsi fırlanma enerjisini elektrik enerjisinə çevirib. Həmin enerji smartfon batareyasını şarj etməyə kifayət edib. Thomas Kim özü aydın məsələdir ki, fövqəladə vəziyyətdə olmayıb. Belə ki, öz ixtirasını videoya çəkmək üçün onun kifayət qədər vaxtı olub. Bundan əlavə olaraq bu üsul ilə işıq diodlarını və digər elektrik cihazlarını şarj etmək mümkündür.

    Linki kopyala