main-post-cover

    iPhone-u uzun ömürlü edən 8 davranış. Bunları mütləq edin!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hər birimiz yeni bir cihaz aldıqda ona xüsusi qayğı və diqqətlə yanaşırıq. Bəziləri ekran qoruyucu örtükdən istifadə etməklə bəziləri gövdəyə əlavə qoruyucu korpus çəkməklə öz telefonlarının təhlükəsizliyini təmin edirlər. Bunun əsas səbəbi telefonun bahalı olmasa yaxud telefonda çox vacib məlumatların saxlanılmasıdır. Lakin bütün bunlar bir yana bəzi məqamlar var ki, doğru olduğunu zənn edirik və telefonumuza nə qədər ziyanı olduğunu dərk etmirik. Bu məqalədə sizlərə iPhone-a edilən 8 vacib davranış haqqında yazacağıq.
    1. iPhonelar davamlı və sağlam işləməsi üçün ən az həftədə birdəfə yenidən başladılmalıdır. Yəni söndürüb yandırmaq lazımdır. Bu məqam xüsusilə batareya üçün vacibdir. Bəzilərimiz hətta telefonu alandan bəri heç söndürməyib. Uzun müddətli dövrdə edəcəyiniz bu davranış telefonun batareyası üçün çox faydalı ola bilər.
    2. Davamlı olaraq wifi və bluetooth bağlantıların açıq qoymayın. İstifadə etmədiyiniz hallarda bu bağlantıları açıq qoymaq enerji sərfiyyatına ciddi təsir göstərir.
    3. Həddən artıq isti havalarda günəş altında iPhone-lardan istifadə məsləhət deyil. Məsələn: çimərlikdə istirahət etdiyiniz zaman telefondan istifadə onun daha çox qızmasına səbəb olur və bu da telefon üçün təhlükəlidir. Bu səbəbdən çox isti havalarda telefonu cibinizdə saxlamaq yaxud kölgədə istifadə etmək daha məsləhətlidir.
    4. Telefonu enerjiyə taxmaq üçün ən uyğun vaxt gecədir. Bəzilərimiz gecə boyu iPhone-ları enerjidə saxlayır. lakin bu hal özündə bəzi batareya problemlərin gətirir. Telefonunuz enerji ilə təmin olduqdan sonra onu cərəyandan ayırmaq məsləhətdir.
    5. Orginal olmayan usb bağlayıcılardan istifadə etmək nəinki iPhone hətta sizin sağlamlığınız üçün böyük təhlükədir. İstifadəçilər baha olan orginal usb bağlayıcıları almaqdan imtina edərək çox ucuz başqa firmaların istehsalı olan usblərdən istifadə edirlər. Bu həm batareya problemi yaradır həm də bəzən partlayışlara səbəb olur.
    6.Gündəlik istifadə zamanı telefonlar çox kirlənir. Üzərində müxtəlif növ bakteriyalar əmələ gəlir. Bu səbəbdən telefonunuzu davamlı olaraq təmizləmək məsləhət görülür. Lakin burada diqqət ediləsi bir məqam var. Telefonunuzu təmizləyərkən spirtli məhlullardan istifadə etməyin. Yumşaq bez və bir-iki damla sabunlu su ilə təmizliyi rahat edə bilərsiniz.
    7. İsifadəçilərin əksəriyyəti iPhone-larında şifrələmədən istifadə etmir. Kilid ekranı yaratmaq mütləq lazımdır. Bu telefonunuza ola biləcək lazımsız müdaxilələrin qarşısın alır.iPhone sizin şəxsi məlumatlarınız yer aldığı cihazdır və onu başqaları ilə paylaşmamaq üçün kodlu kilidin olması vacibdir. Barmaq izi sensoru varsa lap gözəl!
    8. Gəzinti zamanı və yeriyərkən telefonu əldə tutmaq oğurluq riskini artırır. Telefon oğurluqlarının 40%-i bu səbəbdən baş verir. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər