iPhone-un 10 illiyində xəyallar gerçək olur! Hamının arzuladığı iPhone
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bu ilin sentyabr ayında çoxdandır gözlənilən iPhone 7 təqdim olunacaq. Lakin, buna baxmayaraq hər kəsin gözü 2017-ə yönəlib.
2017-ci ilin sentyabr ayı tarixi bir hadisəni təkrarlayacaq. Düz 10 il əvvəl həmin tarixdə iPhone təqdim olunmuşdu və məhz bu səbəbdən 2017-ci il Apple üçün əlamətdar il olacaq. Bütün media və dünyanın gözlədiyi isə 2017-ci ildə Apple-ın sırf 10 illiyinin şərəfinə xüsusi iPhone modelini təqdim etməsidir. Belə bir vəziyyətdə iddialara görə iPhone 7 modeli innovasiyadan əvvəl ki, ara model olaraq qiymətləndirilir. Bəzi mənbələrdə yazılan iddialara əsaslanaraq deyə bilərik ki, əsas yeniliklər iPhone 7-də yox məhz 2017-ci ildə gələcək xüsusi iPhone-da olacaq. Amma, bu o demək deyil ki, iPhone 7-də yeniliklər olmayacaq. 1 illik bir periyodu hər halda Apple yeni iPhone təqdim etmədən keçirə bilməz. İmzalanan müqavilələr, sızan məlumatlar da onu göstərir ki, böyük ehtimalla sentyabr ayında iPhone 7 təqdim olunacaq və bu model sələflərindən böyük dizayn dəyişiklikləri ilə fərqlənməyəcək. Lakin 2017-ci ildə sözün əsl mənasında partlayış etməyi planlaşdıran Apple, iPhone-un 10 illiyi üçün mükəmməl planlara sahibdir.
Xəyallar gerçək ola bilər.
İllərdir bir çox istifadəçilərin xəyal etdiyi və ancaq dizayn konseplərini gördüyümüz tam ekran və ana menyu düyməsi olmayan bir iPhone reallaşa bilər. Daha öncədə ortaya atılan bu iddialar indi də BRG tərəfindən yayımlanan bir məqalədə təsdiqini tapır. Apple-ın dizayn şöbəsinin rəhbər müavini olan Johny Ive-nin xəyalı həmişə tək gövdə kağız parçası kimi şüşədən iPhone olub. Belə bir vəziyyətdə 1 il daha səbr edib 2017-ci ildə təqdim olunacaq iPhone-u indidən gözləməyə dəyər. Əgər iPhone 7 almaq üçün indidən büdcə ayrmısınızsa iPhone 7 modelini də əldə etmək məsləhətdir. Hələ ki, haqqında dəqiq məlumatlar olmasa da iddialara əsasən və sızıntılara görə deyə bilərik ki, iPhone 7 bazardakı rəqiblərə meydan oxuyacaq bir şəkildə satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)