Reklam
iPhone-un 10 illiyində xəyallar gerçək olur! Hamının arzuladığı iPhone

iPhone-un 10 illiyində xəyallar gerçək olur! Hamının arzuladığı iPhone

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bu ilin sentyabr ayında çoxdandır gözlənilən iPhone 7 təqdim olunacaq. Lakin, buna baxmayaraq hər kəsin gözü 2017-ə yönəlib.

2017-ci ilin sentyabr ayı tarixi bir hadisəni təkrarlayacaq. Düz 10 il əvvəl həmin tarixdə iPhone təqdim olunmuşdu və məhz bu səbəbdən 2017-ci il Apple üçün əlamətdar il olacaq. Bütün media və dünyanın gözlədiyi isə 2017-ci ildə Apple-ın sırf 10 illiyinin şərəfinə xüsusi iPhone modelini təqdim etməsidir. Belə bir vəziyyətdə iddialara görə iPhone 7 modeli innovasiyadan əvvəl ki, ara model olaraq qiymətləndirilir. Bəzi mənbələrdə yazılan iddialara əsaslanaraq deyə bilərik ki, əsas yeniliklər iPhone 7-də yox məhz 2017-ci ildə gələcək xüsusi iPhone-da olacaq. Amma, bu o demək deyil ki, iPhone 7-də yeniliklər olmayacaq. 1 illik bir periyodu hər halda Apple yeni iPhone təqdim etmədən keçirə bilməz. İmzalanan müqavilələr, sızan məlumatlar da onu göstərir ki, böyük ehtimalla sentyabr ayında iPhone 7 təqdim olunacaq və bu model sələflərindən böyük dizayn dəyişiklikləri ilə fərqlənməyəcək. Lakin 2017-ci ildə sözün əsl mənasında partlayış etməyi planlaşdıran Apple, iPhone-un 10 illiyi üçün mükəmməl planlara sahibdir. 


Xəyallar gerçək ola bilər.

İllərdir bir çox istifadəçilərin xəyal etdiyi və ancaq dizayn konseplərini gördüyümüz tam ekran və ana menyu düyməsi olmayan bir iPhone reallaşa bilər. Daha öncədə ortaya atılan bu iddialar indi də BRG tərəfindən yayımlanan bir məqalədə təsdiqini tapır. Apple-ın dizayn şöbəsinin rəhbər müavini olan Johny Ive-nin xəyalı həmişə tək gövdə kağız parçası kimi şüşədən iPhone olub. Belə bir vəziyyətdə 1 il daha səbr edib 2017-ci ildə təqdim olunacaq iPhone-u indidən gözləməyə dəyər. Əgər iPhone 7 almaq üçün indidən büdcə ayrmısınızsa iPhone 7 modelini də əldə etmək məsləhətdir. Hələ ki, haqqında dəqiq məlumatlar olmasa da iddialara əsasən və sızıntılara görə deyə bilərik ki, iPhone 7 bazardakı rəqiblərə meydan oxuyacaq bir şəkildə satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×