main-post-cover

    iPhone və iPad-ı maksimum tez necə enerji ilə təmin etmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əgər enerji toplamaq üçün çox az zamanınız varsa bu məqaləni oxuyun və əməl edin
     
    1. Enerji yığımı zamanı cihazınızdan istifadə etməyin!
    Chargers
     
    Nə qədər sadə görünsədə bu ən effektiv üsuldur. Enerji yığan cihazınıza toxunmayın, şəkillərə baxmayın, internetdə gəzməyin, oyun oynamayın və s. Daimi sərfiyyatda olmayan batareya daha tez enerji ilə təmin olacaq. 
     
    2. iPhone-nun elektrik yuvasından enerji toplamasını təmin edin!
     
    iPhone_quick_charging_tips_3
     
    Təbii ki yanınızda ancaq notebook yaxud PowerBank varsa başqa seçiminiz yoxdur. Amma üstünlüyü həmişə elektrik yuvasına verin.
     
    3. Tempratur rejimini qoruyun
    iPhone_quick_charging_tips_1
     
    Apple işçiləri cihazlarınızı müəyyən tempratur diapazonunda işlətməyi məsləhət görür. Bir başa günəş şüası düşən yerlərdə telefon yaxud planşetinizin enerji toplamasına icazə verməyin. Qızma olan zaman dərhal qoruyucu çexolu çıxardın.
     
    4. Cihazınızı "Uçuş rejimi"-nə keçirin
    iPhone_quick_charging_tips_2
     
    Cihazınızın batareyasını doldurmağın ən keyfiyyətli üsulu onu "Uçuş rejimi"-nə keçirtməkdir. Telefonun enerjisini daimi sərf edən WiFi, Bluetooth və GSM modulları bu halda sönülü olur. Şəbəkəyə bağlantısı olmayan cihaza daimi mesajlar və zənglər gəlməyəcək, heç bir proqram arxa fonda yenilənməyəcək. Telefonunuzdan 30-40 dəqiqəlik ayrı qalmaqla siz enerji balansının böyük bir qismini yeniləmiş olacaqsınız.
     
    5. Yalnız original enerji cihazlarından istifadə edin
    Biz sizi daimi çin istehsalı olan USB-lərdən və enerji cihazlarından uzaq durmağı məsləhət görürük. Bu cihazlar nəinki telefonun hətta sizin sağlamlığınız üçündə təhlükəlidir. 
     
    Original Apple USB Power Adapter 5W
    iPhone_quick_charging_tips_5
     

    Original Apple USB Power Adapter 10W
    iPhone_quick_charging_tips_7
     Original Apple USB Power Adapter 12W
    iPhone_quick_charging_tips_6
    Original Apple USB-C Power Adapter 29W
    iPhone_quick_charging_tips_9
     
    Apple-nızı enerji ilə düzgün təmin edin!

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər