main-post-cover

    iPhone\'a başqaları tərəfindən müdaxilə olunub olmadığını ortaya çıxaran tətbiq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xəbəriniz olmadan başqalarının telefonunuza daxil olub olmadığını ortaya çıxaran tətbiq hazırlanıb.

     
    Müasir dövrdə texnologiya çox sürətlə inkişaf edir və bu inkişaf insanların həyat fəaliyyətlərini asanlaşdırmaqla yanaşı onlar üçün müəyyən potensial təhlükələr də yaradır. Söhbət texnologiyadan kiber cinayətkarlığın aləti kimi istifadə edənlərdən gedir. Doğrudur iPhone'u hack etmək çətin məsələdir və bunu yalnız FBI kimi iri dövlət strukturları hərdən bacara bilir. Lakin telefonunuz jailbreak olunubsa təhlükə böyükdür. Belə bir zamanda telefonunuza kənar müdaxilənin olub olmadığını ayırd etmək çətin məsələdir. Lakin bunu nəzərə alan Alman təhlükəsizlik tədqiqatçısı Stefan Esser hazırladığı System and Security info adlı tətbiqlə bu problemi həll edir.

     

    Tətbiq, cihazınızın sizin məlumatınız və xəbəriniz olmadan jailbreak edilib, edilmədiyini göstərir. Əgər sistemdən tam anlayışınız yoxdursa və professional deyilsinizsə bugünə qədər pis məqsədli insanlar sizin telefonunuzdan bəzi məlumatları əldə etmiş ola bilərlər. Yenə də zərərin yarısından dönmək istəyirsinizsə bu tətbiqdən istifadə edib rahatlığınızı təmin edə bilərsiniz. iPhone'ların hack edilməsi Android sistemli telefonlardan fərqli olaraq çox çətin olsa da bu əsas vermir ki, iPhone'u hack etmək mümkünsüzdür. Tətbiq ilə iPhone'nuzu yoxlamağı məsləhət görərdik. Buyurun, həmin tətbiqi buradan yükləyə bilərsiniz. Tətbiqin qiyməti 0.99 dollardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər