Reklam
iPhone 'a başqaları tərəfindən müdaxilə olunub olmadığını ortaya çıxaran tətbiq

iPhone 'a başqaları tərəfindən müdaxilə olunub olmadığını ortaya çıxaran tətbiq

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Xəbəriniz olmadan başqalarının telefonunuza daxil olub olmadığını ortaya çıxaran tətbiq hazırlanıb.

 
Müasir dövrdə texnologiya çox sürətlə inkişaf edir və bu inkişaf insanların həyat fəaliyyətlərini asanlaşdırmaqla yanaşı onlar üçün müəyyən potensial təhlükələr də yaradır. Söhbət texnologiyadan kiber cinayətkarlığın aləti kimi istifadə edənlərdən gedir. Doğrudur iPhone\'u hack etmək çətin məsələdir və bunu yalnız FBI kimi iri dövlət strukturları hərdən bacara bilir. Lakin telefonunuz jailbreak olunubsa təhlükə böyükdür. Belə bir zamanda telefonunuza kənar müdaxilənin olub olmadığını ayırd etmək çətin məsələdir. Lakin bunu nəzərə alan Alman təhlükəsizlik tədqiqatçısı Stefan Esser hazırladığı System and Security info adlı tətbiqlə bu problemi həll edir.

 

Tətbiq, cihazınızın sizin məlumatınız və xəbəriniz olmadan jailbreak edilib, edilmədiyini göstərir. Əgər sistemdən tam anlayışınız yoxdursa və professional deyilsinizsə bugünə qədər pis məqsədli insanlar sizin telefonunuzdan bəzi məlumatları əldə etmiş ola bilərlər. Yenə də zərərin yarısından dönmək istəyirsinizsə bu tətbiqdən istifadə edib rahatlığınızı təmin edə bilərsiniz. iPhone\'ların hack edilməsi Android sistemli telefonlardan fərqli olaraq çox çətin olsa da bu əsas vermir ki, iPhone\'u hack etmək mümkünsüzdür. Tətbiq ilə iPhone\'nuzu yoxlamağı məsləhət görərdik. Buyurun, həmin tətbiqi buradan yükləyə bilərsiniz. Tətbiqin qiyməti 0.99 dollardır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×