Apple, iOS\'də arxa planda açıq olan tətbiqləri bağlamağın, batareyaya təsir edib-etmədiyini açıqlayıb.
Başda iPhone istifadəçiləri olmaqla iOS cihaz istifadə edən çox adam açıq tətbiqi istifadə etməyəcəksə bağlamağa üstünlük verir. Hətta bəzi insanlarda bu vərdişə çevrilib. Ekranı kilidə qoymazdan əvvəl bütün tətbiqləri bağlayan iPhone istifadəçiləri, bunu açıq tətbiqlər batareyanı tez bitirməsin deyə etdiklərini deyirdilər. Ancaq iOS\'in arxa planda real vaxt ərzində tətbiq işlətməyə imkan vermədiyini bilirik.
Açıq tətbiqlər batareyaya təsir edir mi ? Çox adamı maraqlandıran bu suala gec də olsa Apple\'dan cavab gəldi.
Tətbiqləri bağlamağınıza ehtiyac yoxdur.
iOS və OS X istehsalçı qrup lideri Craig Federighi verdiyi açıqlamada; Batareyaya qənaət etmək üçün tətbiqləri bağlamağın düzgün olmadığını deyib. Hətta C. Federighi özünün istifadə etdiyi iOS cihazlarda açıq tətbiqləri bağlamdığını sözlərinə əlavə edib.
Yaxşı onda batareyaya qənaət etmək üçün nə etmək lazımdır ?
Əgər batareyaya qənaət etmək istəyirsinizsə "arxa planda tətbiqləri yenilə" funksiyasını deaktiv etmək və istifadə etmədiyiniz tətbiqlərin məkan servislərini bağlamalısınız.
Şərh yoxdur