Normal bir iPhone istifadəçisinizsə bəzən telefonun yaddaşında lazım olan qədər boş yer qalmadığını, önəmli anların şəklini çəkə bilmədiyinizi, yükləmək istədiklərinizi yükləyə bilmədiyinizi bilirik. Göstərcəyimiz üsulla bu problemi həll edə bilərsiniz.
Qeyd: Şəkillər, iOS versiyası 9.3 olan iPhone 5S modelində screenshot edilib.
İlk öncə telefonun yaddaşında nə qədər boş yer qaldığını yoxlayın. Yaddaş bu üsulun işə yaramağı üçün MB həddində olmalıdır. GB olsa alınmayacaq.
Gördüyünüz kimi 947 MB boş yerimiz var.
iTunes\'u açın.
iTunes\'da yaddaşı çox olan HD bir film kiralamağı seçin.
Bu filmlər; Pearl Harbor, The Lord of the Rings, Pirates of the Carribbean: At World’s End və Watchmen ola bilər.
Boş yer olmadığı üçün bir pəncərə açılacaq. Bu pəncərədə Ayarlar\'a (Settings) daxil olun.
Heçnə silmədən 500 MB boş yer əldə etdik.
Eyni şeyi təkrar edirik. 400 MB boş yer daha əldə etdik.
Bunun səbəbi iOS tətbiqlərindən istifadə etdikcə cachlərə faylların dolmağıdır. Heçnə yükləməsəniz belə tətbiqlərdən istifadə etdikcə cashlər dolur və boş yer azalır. Bu üsul vasitəsilə həmin cashlər avtomatik silinir. iOS\'də Androidlərdə olan cash silmə tətbiqləri olmadığı üçün həmin cashləri tətbiq vasitəsilə silmək olmur.