main-post-cover

    iPad və ya iPod\'da necə WhatsApp istifadə etmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPad və iPod'larda WhatsApp istifadə etmək mümkündür. Bir neçə sadə əməliyyatı yerinə yeritməklə WhatsApp Web vasitəsilə iPod və iPad'inizdə dostlarınızla mesajlaşa bilərsiniz.

    Keçən il istifadəçilərin ixtiyarına verilən WhatsApp Web vasitəsilə telefonunuz yanınızda olmadığı halda dostlarınızla PC və yaxud notebook vasitəsilə əlaqə saxlayıb, mesajlaşa bilərsiniz.
    Bir dəfəlik sazlamadan sonra cihazlarınızda daim WhatsApp Web'dən rahatlıqla istifadə etmək mümkündür. Bundan əlavə siz WhatsApp Web vasitəsilə iPad və iPod cihazlarınızda WhatsApp'dan istifadə edə bilərsiniz. Lakin bunun üçün bir sıra xırda məqamlara diqqət etmək vacibdir.

    iPad və ya iPod'da necə WhatsApp istifadə etmək olar?

    İlk növbədə iPad vəya iPod'unuz vasitəsilə Safari brauzerini açın və web.whatsapp.com sytına daxil olun. Safari sizi whatspp.com'a yönləndirəcək. Daha sonra adres çubuğunun yanındakı yeniləmə düyməsini "Desktop Version" ekranını görənə qədər basılı saxlayın.

    Web versiya açıldıqdan sonra QR kodun göründüyü WhatsApp Web səhifəsini görəcəksiniz. Bu kodu oxutmaq üçün iPhone cihazınızdan Settings-WhatsApp Web, Android telefonu üçün isə Menu-WhatsApp Web seçimlərinə daxil oluruq. QR kodu oxutduqdan sonra rahatlıqla iPad və iPod cihazınızla WhatsApp'dan istifadə edə bilərsiniz.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər