Təxminən 3-4 ay əvvəl 13 yaşındakı ingilis qız Nicole Barr IQ testindən 162 xal alaraq Einstein və Hawking kimi dahiləri geridə qoymuşdu. Ailəsinin hər zaman "Biz bu qızda qəribə nəsə olduğunu sezirdik" deyə danışdıqları Nicole Barr, bunun reallaşmasına səbəb daim gəzməyi və axırıncı məktəbinin səbəb olduğunu söyləyir. Valideynlərinin davamlı olaraq ünvanlarını dəyişməsinə görə tez tez məktəb dəyişdirdiyini deyən Nicole, "Məktəbə daimi getmirdim. Anam məni son məktəbim olan Burnt Mill Akademiyasına aparanda çox əziyyət çəkirdi. Amma həyatımı dəyişdirən məktəb bu məktəb oldu.” dedi. Brüsseldəki Avropa Parlamentində çıxış edən Nicole, "Əgər buradakı müəllimlər mənim belə olduğumun fərqinə varmasaydılar, bu heç vaxt ortaya çıxmayacaqdı” dedi.



Nicole’un anası qızının 2 yaşından əvvəl 4 əməliyyat bildiyini, 10 yaşında isə artıq qarışıq məsələləri asan həll etdiyini deyirdi. Nicole Barr ən sevdiyi kitabın ingilis fiziki Stephen Hawking’ə aid olan Zamanın Qısa Tarixi adlı kitabı olduğunu qeyd etdi. Ən sevdiyi dərsin isə uşaqlıqdan bəri riyaziyyat olduğunu deyən Nicole, hal hazırda heç bir dərs almadan mandolin çalmağı öyrənir.