main-post-cover

    İran tarixində ən böyük kiberhücum olub: 20 milyon istifadəçinin məlumatları ictimailəşdirilib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Son günlərdə İran saytlarının hacklanması gündəmdə idi və son xəbərlərə görə, ölkənin mobil operatorları da xakerlərin hədəfinə çevrildi. Dünən İrancell bazaları hacklandı və 20 milyon istifadəçinin şəxsi məlumatları internetə yerləşdirildi. Bu İran tarixinin ən böyük hack hücumu idi.
    Iran hər keçən hün daha da inkişaf edir və son məlumatlara görə ölkədə 40 milyondan çox smartfon istifadə olunur. Bu isə mobil operatorlar üçün böyük market deməkdir. Smartfonların çoxunu məhz operatorlar satır və onlar alıcılara şəxsi məlumatları qorumaq vədini verir. Amma verdikləri sözləri tuta bilmədilər…

    Irancell ölkənin ikinci ən böyük operatorudur. Onun 49% səhmlərinin sahibi Cənubi Afrika şirkəti MTN Group`dur. Onlar bu sahədə çox iş görüblər və İranda böyük operatora çevrilməyi bacarıblar. Son hücuma qədər isə onlar təhlükəsizlik məsələsində də çox yaxşı idilər.

    Hadisə necə baş verib?

    Keçən gecə Telegram`da @MTNProBot adlı şəxs mesaj yayımlayıb. Mesajda deyilirdi ki, siz Irancell nömrəsi taxa bilərsiniz və bu sizə bir sıra məlumatlar – adınız, soyadınız, poçt kodunuz, ünvanınız barədə bütün məlumatları verə bilər.


    Daha sonra mesajı alan şəxs bu mesajın qanuni olub olmadığını yoxladı. Nəticədə mesaj qanuni idi, amma bir problem var idi. Databaza 3 il əvvəl hack olunmuşdu və buradan əldə olunan bütün məlumatlar bir şəxsi reklam agentliyinə satılmışdı. Buna görə də həmin məlumatların zamanı keçdiyi üçün əvvəlki məlumatları verirdi. Burada nömrələr 935, 936, 937, 938 və 939la başlayırdı. Bot bu məlumatları sızdırmağa çalışırdı, amma bir neçə saat ərzində Telegram bu barədə xəbər tutdu və bu gün silindi.
    Digər önəmli məsələ isə MTN Iranian Net ilə milli fiberoptik proyekt üzərində işləmək istəyir. Ölkənin ən böyük operatoru olması onu bu şansı tanıyır. Amma burada sual ortaya çıxır. Proyektin təhlükəsizliyi necə təmin olunacaq? Şirkət öz databazasını bu proyekt üçün kiminləsə paylaşacaqmı?
     
    Mənbə: techrasa.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər