Son günlərdə İran
saytlarının hacklanması gündəmdə idi və son xəbərlərə görə, ölkənin mobil
operatorları da xakerlərin hədəfinə çevrildi. Dünən İrancell bazaları hacklandı
və 20 milyon istifadəçinin şəxsi məlumatları internetə yerləşdirildi. Bu İran
tarixinin ən böyük hack hücumu idi.
Iran hər keçən hün
daha da inkişaf edir və son məlumatlara görə ölkədə 40 milyondan çox smartfon
istifadə olunur. Bu isə mobil operatorlar üçün böyük market deməkdir.
Smartfonların çoxunu məhz operatorlar satır və onlar alıcılara şəxsi məlumatları
qorumaq vədini verir. Amma verdikləri sözləri tuta bilmədilər…
Irancell ölkənin
ikinci ən böyük operatorudur. Onun 49% səhmlərinin sahibi Cənubi Afrika şirkəti
MTN Group`dur. Onlar bu sahədə çox iş görüblər və İranda böyük operatora
çevrilməyi bacarıblar. Son hücuma qədər isə onlar təhlükəsizlik məsələsində də
çox yaxşı idilər.
Hadisə necə baş verib?
Keçən gecə Telegram`da
@MTNProBot adlı şəxs mesaj yayımlayıb. Mesajda deyilirdi ki, siz Irancell nömrəsi
taxa bilərsiniz və bu sizə bir sıra məlumatlar – adınız, soyadınız, poçt
kodunuz, ünvanınız barədə bütün məlumatları verə bilər.
Daha sonra mesajı alan
şəxs bu mesajın qanuni olub olmadığını yoxladı. Nəticədə mesaj qanuni idi, amma
bir problem var idi. Databaza 3 il əvvəl hack olunmuşdu və buradan əldə olunan
bütün məlumatlar bir şəxsi reklam agentliyinə satılmışdı. Buna görə də həmin
məlumatların zamanı keçdiyi üçün əvvəlki məlumatları verirdi. Burada nömrələr 935,
936, 937, 938 və 939la başlayırdı. Bot bu məlumatları sızdırmağa çalışırdı,
amma bir neçə saat ərzində Telegram bu barədə xəbər tutdu və bu gün silindi.
Digər önəmli məsələ
isə MTN Iranian Net ilə milli fiberoptik proyekt üzərində
işləmək istəyir. Ölkənin ən böyük operatoru olması onu bu şansı tanıyır. Amma
burada sual ortaya çıxır. Proyektin təhlükəsizliyi necə təmin olunacaq? Şirkət
öz databazasını bu proyekt üçün kiminləsə paylaşacaqmı?
Mənbə: techrasa.com
Şərh yoxdur