

İran höküməti özəl internetin yaradılmasında növbəti addımı atıb. Beləliklə İran ümumdünya şəbəkədən tamamilə təcrid olacaq.
Bir neçə müddət bundan öncə Tehranda bu böyük layihənin ilk mərhələsi başa çatıb. Hesablamalara əsasən "Milli informasiya şəbəkəsi” indiki internet infrastrukturundan 60 dəfə tez işləyəcək. Sürətin bu qədər yüksək olması xüsusi internet kabelləri və məlumatların emalı üçün nəzərdə tutulmuş yerli mərkəzlərin hesabına reallaşdırılacaq. Hal hazırda İranda yükləmə sürəti saniyədə 2 Mbit-i keçmir. Bu Livan və Özbəkistanda olan göstəricilərdən aşağıdır. İran prezidenti Həsən Ruhani-nin sözlərinə əsasən özəl internet infrastrukturunun yaradılması ölkənin inkişafında və müstəqilliyində mühüm rol oynayacaq. Bundan əlavə olaraq bu cür infrastruktur ölkə daxilində olan kompüterləri xarici təhlükələrdən qoruyacaq. Digər tərəfdən təcrid edilmiş internet, vətəndaşlar üzərində nəzarəti dövlət orqanları üçün asanlaşdıracaq. Bağlı şəbəkə bütün saytların ölkə daxilinə qoşulması deməkdir. Bundan əlavə olaraq İran vətəndaşları Facebook, Twitter, Instagram kimi sosial şəbəkələrə VPN üsulu ilə daxil ola bilməyəcəklər. "Milli informasiya şəbəkəsi”nin 2017-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır.
Şərh yoxdur