main-post-cover

    İri şirkətlər, işçilərini daha yaradıcı etmək üçün hansı metodlardan istifadə edirlər?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Böyük şirkətlərdə çalışan işçilərin daha yaradıcı və praktik baxımdan zəkalı olması üçün şirkətlərin həyata keçirdiyi fəaliyyətlər açıqlandı.

    İşçilər, olduqları şirkətin bazarda zirvəyə daşınmasında böyük bir paya sahibdirlər. Əməkdaşlarından daha irəlidə, daha yaxşı olması istənilən bu insanlar, hər insanda olduğu kimi iş həyatından başqa özəl həyatlara da sahibdirlər. Şəxsi həyatımızın hər zaman istədiyimiz kimi getmədiyini bilirik və eyni hal işləyən insanlar üçün də keçərlidir. Ancaq işçilərin özəl həyatının iş həyatına təsir etməsini istəməyən TwitterFacebook kimi firmalar, işçilərin daha yaradıcı və praktik ola bilmələri üçün bəzi özəl fəaliyyətlər təşkil edirlər.

    Twitter'in qurucularından olan Evan Williams, yeni şirkətin orta qisminə işçilərin yoga edə biləcəyi bir ərazi yerləşdirib. İstədikləri zaman xüsusi təlimlər ilə birlikdə yoga edə bilən işçilər, beləliklə işdə etdikləri əməliyyatlara daha da fokslana bilirlər.


    İşçilərinə xüsusi təlim seçimi təqdim edən şirkətlərdən biri də Google'dur. Google'un xüsusi olaraq təşkil etdiyi Search İnside Yourself adlı əlimləri, şirkətdə çalışan insanlara duyğusal təlimlər verilməsini hədəfləyir.
    Wisdom 2.0-ın qurucusu Soren Gordhamer, hər il təşkil olunan Texnologiya və Şüur konfransında bu kimi tədbirlərin və fəaliyyətlərin nə dərəcədə önəmli olduğunu vurğulayan nitq söylədi: "Bir dəyişim çağındayıq və içərisində olduğumuz bu çağda iş gününü tamamlamaq deyil, iş yerində olan dostlarımızla ünsiyyət içərisində olmaq və keyfiyyətli iş görmək daha önəmlidir. Bu səbəblə işçilərinizin keyfiyyətini artırmaq hər şirkət üçün önəmlidir"


    Soren Gordhamer'in təklifinə görə iş keyfiyyətini və yaradıcılığı artırmaq üçün 3 şeyə ehtiyac var: Fiziki geniş ərazi, çeşidlilik, dəstək və cəsarətləndirmə.
    Mənbə: FastCompany
    Linki kopyala