main-post-cover

    İş tapa bilməyənlər üçün alternativ qazanc yolları

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Yoldaşlıq edin

    Yoldaşlıq etməklə necə pul qazanmaq olar deyə fikirləşənlərə bu fikir biraz gülməli gələ bilər. Amma dünyada müxtəlif məqsədlər üçün dost tapa biləcəyiniz saytlar mövcuddur. Məsələn, hər hansı bir yerə gedirsiniz və sizinlə vaxt keçirəcək dosta, yoldaşa ehtiyacınız var. Dost kiralama saytları ilə siz öz xarakterinizə uyğun insan tapır və birgə vaxt keçirirsiniz. Burda dost bələdçi olaraq nəzərdə tutulur. Amma təbii ki, bu insan sizin öz istədiyiniz kimi zaman keçirə bilməyinizdə sizə daha çox yardımçı olur.

    Avtomobilinizi reklam afişası olaraq istifadə edin

    Gəzərək pul qazana biləcəyiniz bir iş daha. Bunun üçün sizin maşınınızın olması yetərlidir. Belə ki, siz öz maşınınızın üzərində müxtəlif reklam afişaları təsvir etdirərək bundan pul qazana bilərsiniz. Belə ki, şirkət və ya təşkilat öz reklamlarını sizin avtomobilinizin üzərindəki reklamla ətrafdakılara tanıdacaq və siz də bundan pul qazanacaqsınız. Bunun üçün verilən məbləğ maşınınızın modelindən, olduğunuz ərazidən asılı olaraq dəyişir.

    Viral videolar hazırlayın 

    Günümüzdə bir şeyləri oxumaq yerinə ona baxaraq anlamağa daha çox üstünlük veririk. Bunun ən yaxşı yolu viral videolardır. Bu yolla həm nəyəsə diqqət çəkmiş, həm də eyni zamanda YouTube da varlana bilərsiniz. Bu çox sadə səslənsə də o qədər də asan deyil. Bunun üçün çox kreativ biri olmaq vacib şərtdir.

    Hər hansı bir tətbiqi endirərək pul qazanın 

    Məsələn, bir ayaqqabı alış-veriş saytına giriş edirsiniz. O zaman bəzi proqramlar (xüsusilə də Google) sizin axtarışlarınızı qeyd edərək, siz tam fərqli sayta giriş etdiyinizdə bu saytı sizin qarşınıza çıxarır. Google kimi reklam və bazarlama işini inkişaf etdirmək istəyən firmalara yardımçı olaraq bu işdən normal pullar qazana bilərsiniz.

    Bir şeylər icarəyə verin

     
    Tək yaşasanız belə böyük bir eviniz ola bilər. Siz bu evin müxtəlif otaqlarını kirayə verərək həm pul qazana, həm də otaq yoldaşı sahibi ola bilərsiniz. Buna misal olaraq, evinizin qarajlarını göstərmək olar. Belə ki, hal-hazırkı dövrdə maşınlar üçün qaraj tapmaq və onları etibarlı yerə park etmək o qədər də asan deyil. Bunu avantaja çevirərək yaxşı pullar qazana bilərsiniz.

    Şirkət adı və şüar tapın

     
    Bunun üçün yaradıcı biri olmağınız vacib şərtdir. Özəl olaraq qurulan internet saytı vasitəsilə bu işi edərək həm qarşı tərəfə xeyir verə, həm də özünüz gəlir əldə edə bilərsiniz. Xaricdə bu yolla pul qazanan çoxlu sayda adamlar mövcuddur.

    Musiqi dinləyin

     
    Bir çoxlarınıza inandırıcı gəlməsə də amma bu həqiqətdir. Daima musiqi dinləməyi sevirsinizsə və eyni zamanda çox yaxşı dinləyici olduğunuzu iddia edirsinizsə, bu iş tam olaraq sizin üçündür. Dünyada belə bir sayt mövcuddur və milyona yaxın rəy olan bu sayt milyon dollardan çox pul qazanır. Etməli olduğunuz sadəcə 90 saniyəlik səsyazmaları dinləyərək onlara rəy bildirməkdir. Bu işə yeni başlayanlara az pul ödənir amma təcrübəniz artdıqca dinlədiyiniz 90 saniyəlik hər musiqi sayısına görə 10$ qazanc əldə edirsiniz.

    Veb sayt hazırlayın

     
    Bunun üçün müəyyən mövzuda veb saytlar hazırlayaraq onu müəyyən saytlar üzərində satışa çıxara bilərsiniz. https://themeforest.net, http://www.templatemonster.com/ kimi saytlar bunlardan bəziləridir.

    Bloq açın və Niche sektorlarına yönəlin

    Bloq açaraq həm öz marağınızı cəlb edən mövzuları yazaraq digərlərinin də diqqətini cəlb edə bilərsiniz, həm də yazaraq pul qazana bilərsiniz. Niche sektor isə məsələn moda mövzusunda yazmaq əvəzinə modanın yalnız bir hissəsini əhatə edən çantalar haqda yaza bilərsiniz.
     

    Mahnı sözləri yazmak,bəstələmək


    Çox yaxşı yazıçılıq və bəstə qabiliyyətiniz varsa, onda bəstələdiyiniz mahnı sözlərini və musiqilərini başqasının oxuması üçün paylaşa bilərsiniz. Bunun üçün səsiniz gözəldirsə, bəstənizi oxuyub paylaşmanız daha məqsədəuyğun olar.

    Və nəticə...


    Linki kopyala