Bir işıq ili təxminən 9,5 trilyon kilometrə bərabərdir
Şəkildə gördüyünüz bizim yaşadığımız Yer planeti və Günəş sisteminin də içində olduğu "Süd yolu" qalaktikasıdır.Onun diametri təxminən 100min işıq ilinə bərabərdir
lk dəfədən biraz qəribə səslənsə də işıq ili deyə adlandırdığımız bu anlayış kainatda bilinən ən böyük sürətdir.Bir işıq ili təxminən 9,5 trilyon kilometrə bərabərdir (çox vaxt 10 trilyon hesablanır).Yəni saniyədə 300min km/saat sürətlə hərəkət edən işıq şüaları 1 ildə 10 trilyon km yol qət edir.Başqa sözlə,bir ulduzun bizdən 10 işıq ili uzaqda olduğu deyilirsə,siz bu məsafənin 100 trilyon km olduğunu bilməlisiniz.İşıq ili sizə böyük ölçü vahidi kimi gəldisə,kainatda onun necə kiçik bir etalon olduğuna baxaq.
İşıq sürətinə çatmaq Nasa alimlərinin ən böyük məqsədlərindən biridir.Çünki kainatı daha çox araşdırmaq üçün işıq sürətinə,hətta onun daha çox qatına nail olmağa ehtiyac var. Ancaq hələ ki,kosmik gəmilərdəki ən böyük sürət saniyədə 23 kmdir (2013-cü ilin məlumatına görə). 1977-ci ilin 5 sentyabrında fəzaya buraxılan kosmik aparat olan Voyager-1\'in sürəti isə 18km/saniyədir.Hazırda Yer kürəsindən 20 milyard km uzaqlıqda olan bu cihazın hər ankı vəziyyətini bu linkdən izləyə bilərsiniz( https://voyager.jpl.nasa.gov/where/ )
Şərh yoxdur