İstədiyiniz Facebook profili haqqında bütün məlumatları verən sayt

İstədiyiniz Facebook profili haqqında bütün məlumatları verən sayt

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İstədiyiniz şəxsin Facebook profil linkini daxil edərək haqqında bir çox detalı əldə edə biləcəyiniz, olduqca təhlükəli bir sayt mövcuddur.

"Stalklamaq” mövzusunda bir səviyyə atlamaq istəyənlər bu xəbəri diqqətlə oxusunlar, bu internet resusrsu tam sizə görədir desək, yanılmarıq. Uzun müddətdir bir çoxumuz Facebook istifadə edirik, lakin sosial medianın həyatımızdakı ciddiyyətinin artması ilə birlikdə hər birimizdə təhlükəsizlik baxımından narahatlıq yaşanır.



Bu mövzuda istifadə etdiyimiz sosial media platformaları, paylaşdığımız ya da bəyənib şərh yazdığımız məlumatları kimlərin görüb-görməyəcəyini seçmək şansını verir. Lakin dediyimiz kimi bu vəziyyət son bir neçə ildə tamamilə ciddiləşdiyindən hələ də hesablarını lazımlı formada dəyişdirməmiş, ya da əvvəlki paylaşımlarını, şəkillərini bu dəyişikliklərə daxil etməmiş insanları tapmaq mümkündür. Elə tam da bu nöqtədə dövrəyə "Stalkscan" təhlükəsi girir.

Əslində "Stalkscan" bir təhdid olmaqdan başqa, insanların öz təhlükəsizlik boşluqlarından istifadə edir. İstədiyiniz şəxsin Facebook profil adresini daxil etdiyinizdə qarşınıza məlumatları çıxaran "Stalkscan", bu məlumatları, profildəki təhlükəsizlik vəziyyətindən asılı olaraq sizə təqdim edir.

 

Məsələn izlədiyiniz filmləri "Hərkəsə Açıq” olaraq tənzimləmisinizsə "Stalkscan", profilinizi analiz edən şəxsə izlədiyiniz filmləri təqdim edəcək. Yəni qısaca izah etsək; "Stalkscan" təhlükəsizlik vəziyyətini dəyişdirmədiyiniz hər şeyi göstərir. Buna etiketləndiyiniz, paylaşdığınız şəkillər də daxildir. "Stalkscan"-a buradan daxil ola bilərsiniz. Tək etməli olduğunuz, analiz etmək istədiyiniz profilin "url" linkini axtarış qutusuna yazmaqdır.

Mənbə: Webtekno.com

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×