İstədiyinizi almaq üçün Steve Jobs-un inanılmaz dərəcədə sadə strategiyasını istifadə edin

08.05.2017 0 PAYLAŞIM 6210 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Youtubeda Steve Jobs-un 12 yaşında bir tezlik sayğacı hazırlamaq üçün ehtiyyat hissə axtardığı zamanlarını danışdığı bir video var.

Axtardığı ehtiyyat hissələri istehsal edən Bill Hewlett-in (HP-nin qurucusu) telefonunu, Palo Alto-da bir telefon dəftərindən necə tapdığını və zəng etdiyini danışır.

Jobs, telefonda özünü təqdim etdikdən sonra birbaşa olaraq "Bir tezlik sayğacı hazırlamaq istəyirəm və sizin mənə verə biləcəyiniz bəzi ehtiyyat hissələrinizin olub-olmadığını öyrənmək istəyirəm” deyir. Bill Hewlett, ona ehtiyyat hissə verməklə kifayətlənmir bir də yay ərzində tezlik sayğacı istehsalı firmasında iş imkanı verir. Jobs, o vaxtlardan "sanki cənnətdə idim” deyə söz edir.

İnsanlardan bir şey istəməyi bilmək həqiqətən bir sənətdir, xüsusilə nə vaxt bunu edəcəyinizi bilməlisiniz. Kiminsə ehtiyac hiss etdiyi şeyləri tapmaq, istədiyini ona təklif etmək həyatın hər sahəsində vacibdir. İnsanlar dəyər verdikləri şəxslərdən kömək istəyərlər və bunun qarşılığını tapdıqları zaman bu dəyər artmağa davam edər.

Bir çox insanın zamanını, fikirlərini və hətta pullarını qarşılığında bir şey istəmədiyi halda verməyə istəkli olduğunu öyrəndim. Əslində insanlar başqalarına kömək etməkdən ləzzət alır.

"Zəng etdiyim zaman mənə yox deyən biri olmayıb” deyən Jobs, "Eyni formada mən də tələblər qarşısında minnətdarlıq borcumu ödəməyə çalışıram” fikrini əlavə edib. 


"Həqiqətən nə istədiyinizi düşünün. Təcrübələr, yeni məlumatlar və ya bacarıqlar əldə etmək üçün zamanı və enerjinizi düzgün istifadə edin. İnsanlara investisiya edin və bu istəklərinizi yerinə gətirə biləcək şəxslərə düzgün zaman gəldiyində sual verin. Çox insan zəng etməkdən belə çəkinir. Heç vaxt soruşmur və sadəcə xəyal dünyasında tələblərini reallaşdıra biləcək insanları düşünürlər.”


"Hərəkətə keçməyə hazır olmalısan. Uğursuz olmağa hazır olmalısan. Bir şirkət batırmağa və ya telefonda bir insanla pis bir görüş keçirməyə hazır olmalısan. Əgər uğursuzluqdan qorxsanız çox uzağa gedə bilməyəcəksiniz” deyir Jobs.

Bəli, Steve Jobs-un strategiyası aydın və sadədir! SORUŞUN!

Steve Jobs-un videosunu aşağıda izləyə bilərsiniz: