main-post-cover

    İstənilən kompüteri hack edən 5$-lıq cihaz (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Təhlükəsizlik üzrə mütəxəssis Samy Kamkar istənilən kompüteri hack edə biləcək cihaz hazırlayıb.

    PoisonTap adlı cihazın yığılması cəmi 5$-a başa gəlib. Onun yığılma təlimatını isə Kamkar öz saytında qeyd edib. PoisonTap-ın əsasında Raspberry Pi Zero adlı mini kompüter durur. Həmin mini kompüteri digər USB cihazların emulyasiya etdikləri istənilən cihazla dəyişmək mümkündür. Bundan əlavə olaraq yığılma üçün microSD kartmicroUSB-USB naqil lazım olacaq. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən hack prosesi üçün olan xüsusi proqram təminatını GitHub saytından yükləmək olar. Blocklanmış kompüteri hack etmək üçün PoisonTap-ı kompüterin USB girişinə taxmaq lazımdır.
     
     
    Kamkar cihazı macOSWindows sistem təminatlarının olduğu kompüterlərdə yoxlayıb. Hər iki halda hack edilmə uğurla nəticələnib. Kompüterin hack olunması avtomatik baş verir və bir neçə saniyə vaxt aparır. Hər kəsi inandırmaq üçün Kamkar hack olunma prosesini videoya çəkib. Faktiki olaraq sistem PoisonTap-ı prioritetli USB-Ethernet cihazı kimi qəbul edir. O, kompüter hətta blocklanmış olsa belə avtomatik olaraq təyin olunur. Cihazda olan proqram təminatı isə bütün trafiki özünə çəkir. Sözügedən cihaz brauzerin cookies yazılarını əldə edə, GmailFacebook-un zərərli versiyalarını yarada bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər