İstənilən noutbookun ekranını necə sensorlu etmək olar? (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 12164 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Sensorlu ekranlar, noutbooklar üçün mütləq xüsusiyyət hesab edilmir.

Lakin bəzi hallarda sensorlu ekran, touchpad və siçan istifadəsindən daha rahat olur. Əgər Windows əməliyyat sistemli noutbookların çox hissəsi sensorlu ekran xüsusiyyətini təklif edirsə, "Apple” öz kompüterlərinə hələki bu xüsusiyyəti inteqrasiya etməkdə tələsmir. Görünür artıq bu problem həll olunacaq. Belə ki, CES 2017 tədbirində istənilən noutbookun ekranını sensorlu edən AirBar adlı cihazı təqdim olunub. AirBar, noutbook ekranın aşağı hissəsinə USB giriş vasitəsilə qoşulur. Cihaz, görünməyən işıq sahəsi saçaraq istifadəçinin əl jestlərini tanıyır və onları kompüterə əmrlər şəklində ötürür. Beləliklə kompüter ekranındakı səhifələri çevirmək, fotoları yaxınlaşdırmaq, onları pozmaq və digər ənənəvi işləri görmək olar. Cihaz, 15.6, 14 və 13.3 inç ekranlı noutbooklar üçün istehsal olunacaq. Daha sonra digər noutbooklar üçün xüsusi versiyalar satışa çıxacaq. AirBar bu ilin Mart ayında 99$ qiymətinə satışa çıxacaq.