Reklam
İstifadəçilər Apple ID ilə olan problemlərdən şikayətlənirlər

İstifadəçilər Apple ID ilə olan problemlərdən şikayətlənirlər

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

iPhone və iPad istifadəçiləri sosial şəbəkələrdə Apple ID hesablarına giriş probleminin olmasından şikayətlənirlər. Sözügedən problem IOS 10-nun beta versiyasında, IOS 9.3.2 və daha köhnə versiyalarında müşahidə olunur. Lakin versiyadan asılı olaraq həmin problem tamamilə fərqli xüsusiyyətlər daşıyır. IOS 9.3.2 və daha köhnə versiyaların istifadəçiləri Apple ID şifrələrinin bəzən pozulmasından şikayət edirlər. Nəticədə istifadəçilər hər dəfə şifrəni bərpa etmək üçün yeni kod fikirləşməli olurlar. Beləliklə problem ciddi qəbul olunsa da onun həll yolu mümkündür. IOS 10-nun beta versiyasına keçmiş istifadəçilər isə ikifaktorlu identifikasiya sisteminin işində problemlərin olduğundan şikayətlənirlər. Həmin problem növbəti ismarıc ilə ortaya çıxır. "Apple ID-nin bu hesabı təhlükəsizlik səbəbindən bağlanıb. Hesabı yenidən aktiv etmək üçün öz şəxsiyyətinizi təsdiq etməlisiniz”. Yeni şifrə əlavə etmək cəhdində isə serverdə problemlər yaranır və sistem cəhdin daha sonra edilməsini tövsiyyə edir. Bundan əlavə olaraq bəzi istifadəçilər şifrələrin bərpa olunma servisi olan iForgot-dan istifadə edə bilmirlər. Yaranmış problem nəticəsində istifadəçi avtomatik olaraq öz hesabından çıxır və ona təkrar qoşula bilmir. Apple şirkəti bütün bu problemlərdən agahdır və hal-hazırda onları aradan qaldırmaq üçün çalışır.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×