main-post-cover

    İstifadəçilərin telefon alarkən ən çox seçdiyi ekran ölçüsü hansıdır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Device Atlas tərəfindən ABŞ, Birləşmiş Krallıq, İspaniya, Yaponiya, Hindistan, Nigeriya, İtaliya, İspaniya, Almaniya və Fransa kimi ölkələrdə aparılan araşdırmalara görə ağıllı telefon istifadəçilərinin böyük bir qismi 4.7 inç telefonlara üstünlük verir. Amerikada 41.5% səs çoxluğunu toplayan 4.7 inç seçimi, bənzər rəqəmləri Yaponiya, Fransa, Almaniya, İtaliya, İngiltərə və Avstraliya kimi ölkələrdə də nəticələr statistikasında göstərib. 
    1448055833_boyutlar-1.png

    4.7 inç ekran ölçüsünün seçilmədiyi ölkələrdə isə birinci seçimin 5 inç olduğu ortaya çıxıb. İki ekran ölçüsü arasındakı 0.3 inçlik fərq isə istifadəçilərin seçimlərinin demək olar ki, eyni olduğunu göstərir. 4.7 inç seçiminin birinci olmasına səbəb isə iPhone 6 və iPhone 6S modellərinin çox satılmasıdır. Ekran ölçüləri ilə bərabər dəyişən digər detaylardan biri də pixel ölçüləridir, yəni görüntünün keyfiyyətidir. Bundan 4-5 il əvvələ qədər 800x480 ən üst səviyyəli ölçü sayılırdısa, artıq Sony Xperia Z5 Premium ilə 4K keyfiyyətlə tanış olmuşuq. Hələki istifadəçilərin çox hissəsi buna fikir vermədiyi üçün bu haqda danışmaq biraz tez olar.
    1448056629_cozunurlluk.png

    DeviceAtlas'ın ekran ölçüləri ilə apardığı araşdırmada ekranın piksel keyfiyyəti də yer alıb. Alınan nəticələrə görə ən çox seçilən telefon modelləri iPhone 6 və iPhone 6S modelləridir. Yuxarıdakı şəkildən də göründüyü kimi ən çox seçilən pikselli ekranlar 750 x 1334 piksel keyfiyyətə sahibdir. 1080p və 720p isə digər istifadə olunan piksellər arasında yer alıb. Günümüzdə mövcud olan flaqman telefonlar isə 2K ekran keyfiyyətinə sahibdir. Amma gözlənilən nəticədən çox uzaqda qalıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər