main-post-cover

    iTunes\'da boşluq tapıldı. Apple təsdiqlədi. Musiqi faylları niyə silinir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iTunes'da olan boşluq faylları silir.


    Apple'ın iTunes tətbiqetməsində olan bir boşluq musiqi fayllarını silir. Apple tərəfindən edilən açıqlamada həmin boşluğun mövcud olduğu və qısa bir zamanda həmin boşluğ üçün yama hazırlanacağı qeyd olunub.

    Apple cihazları ilə sinxronizasiyanı təmin edən iTunes Apple'ın uzun müddətdir istifadə etdiyini bir tətbiqdir. Ötən günlərdə ortaya çıxan bir problemə görə bəzi Apple istifadəçiləri iTunes musiqi fayllarının silindiyini bildirmişdirlər. Mövzu ilə bağlı olaraq yazılı açıqlama verən Apple, həmin problemin iTunes'da olan bir boşluqdan qaynaqlandığını və həmin boşluğun qısa zaman ərzində bərpa olunacağını bildirib. Növbəti yenilənmədə bu problemi aradan qaldıracaqlarını qeyd edən Apple, boşluğun səbəbi və nədən qaynaqlanması ilə bağlı açıqlama verməyib əlavə olaraq bu problemi yaşayan çox az istifadəçi olduğunu bildirib. Bu problemi yaşayanların isə AppleCare ilə əlaqəyə keçməsi tövsiyyə edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər