Jack Ma:   Növbəti 30 ildə bizi mənfi dəyişiklilər gözləyir  .   Alibaba  nın qurucusundan proqnoz

Jack Ma: Növbəti 30 ildə bizi mənfi dəyişiklilər gözləyir . Alibaba nın qurucusundan proqnoz

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Alibaba Group” şirkətinin CEO-su Jack Ma, internet texnologiyaları sayəsində iqtisadiyyatda yaranacaq inqilaba hazırlaşmağı məsləhət görüb.

30 ildən sonra insanlıq yeni problem və sınaqlarla qarşılaşacaq və dünya o dərəcədə dəyişəcək ki, Time jurnalına görə ilin ən yaxşı sahibkarı robot hesab olunacaq. Çində keçirilmiş tədbirlərdən birində Jack Ma öz çıxışı zamanı qeyd edib ki, dünya, təhsil sistemini dəyişməli, robotlarla əməkdaşlığa hazılaşmalıdır. "Növbəti 30 il ərzində dünyanı sevincdən çox kədər gözləyir. Yaxın 30 il ərzində olacaq sosial konfliktlər, cəmiyyətin hər bir sahə və sinfinə təsir edəcək” – deyə Jack Ma bildirib. O həmçinin qeyd edib ki, elektron kommersiya inkişafı dövründə "Alibaba Group”u yaradan zaman o, rəqəmsal texnologiyaların təhlükəsini öncədən görmüşdü. Lakin həmin vaxtda ona çox az adam fikir vermişdi. Qeyd etmək lazımdır ki, "Alibaba Group” həqiqətən də ticarət bazarını dəyişir. "BCG” adlı konsaltinq şirkətinin statistikalarına görə 2035-ci ilə kimi "Alibaba Group”, Çinin rəqəmsal iqtisadiyyatında 415 milyon iş yerindən 122 milyonunu yaradacaq (29.4% iş yeri). "Alibaba Group”un təkcə elektron ticarət platforması artıq 31 milyon iş yerinin yaradılmasına öz töhvəsini verib.

Jack Ma qeyd edib ki, ənənəvi sahələrin nümayəndələri, internet və onun iqtisadiyyata olan təsiri barədə şikayət etməməlidirlər. "Alibaba Group” ilə olan misal onu sübut edir ki, informasiya texnologiyaları yeni iş yerlərinin yaradılmasına təkan verir. Son illərdə Jack Ma-nın şirkəti həmçinin bulud texnologiyalarının hazırlanması ilə də məşğul olur. Onun fikrincə bir çox müəssisələr, bulud və süni zəka texnologiyalarına fikir verməlidirlər. Əgər rəhbərlər bu texnologiyaların dəyərini anlamırlarsa, onda onlar gənc mütəxəssislərə müraciət etməlidirlər. Lakin buna baxmayarq 30 ildən sonra iş yerləri artmayacaq və süni zəka, əmək bazarına öz təsirini göstərəcək. Jack Ma, gec olmadan təhsil islahatlarının keçirilməsini və robotlara lazımi sərhədlərin qoyulmasını, dövlətlərə məsləhət görür. Onun fikrincə robotlar və süni zəka yalnız insanın görə bilmədiyi işləri görməlidir. Süni zəkanın əsas xüsusiyyətlərindən biri onun, hansısa şirkəti idarə etmə bacarığı ola bilər. "Çox güman ki, 30 ildən sonra Time jurnalının üz qabığında ilin ən yaxşı rəhbəri kimi robotun fotosu əks olunacaq. O sizdən daha yaxşı yadda saxlamaq qabiliyyətinə sahibdir. O sizdən daha yaxşı hesablaya bilir və o öz rəqiblərinə hirslənməyəcək” – deyə Jack Ma qeyd edib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×