main-post-cover

    Jailbreak etmədən App Store\'da olan pullu tətbiqləri pulsuz yükləmək.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone'da gizli App Store

    iOS, tarixinin ən böyük boşluğu ilə qarşı-qarşıya qalıb. App Store'da sadə bir not tətbiqi kimi görünən Lazy Notes, pullu tətbiqləri pulsuz yükləməyə şərait yaradır.



    Apple, qapalı sistemə malik əməliyyat sistemi olan İOS üçün təhlükəsizlik yeniləmələri yayımlayaraq, istifadəçilərə daha təhlükəsiz bir sistem təklif etməyə çalışsa da, bəzən buna nail ola bilmir.

    Jailbreak etməklə pullu App Store tətbiqlərini pulsuz yükləməyin qarşısını almağa çalışan Apple, İOS 9.2'dən sonra Jailbreak boşluqlarını bağlamışdı. Ancaq Apple indi öz əlində olan bir şeyə görə tarixinin ən böyük boşluqlarından biri üzləşib.
    App Store'da yerləşən Lazy Notes adlı tətbiq sadə not tətbiqi kimi görünür. Ancaq bu tətbiqi telefonuna yükləyən iPhone istifadəçiləri gizli App Store ilə qarşılaşır.

    Tətbiqləri iPhone'a pulsuz necə yükləmək olar ?

    Lazy Notes'un mağazası vasitəsilə App Store'da pullu olan tətbiqləri heç bir ödəniş etmədən yükləmək olur. Ancaq Lazy Notes təklikdə işləmir. App Store'dan kənar tətbiq yükləmək üçün Safari brauzeri vasitəsilə AppCola saytına daxil olub sertifikat yükləmək lazımdır. Sertifikatı yüklədikdən sonra istənilən vaxt Lazy Notes tətbiqinə daxil olub pullu tətbiqləri pulsuz yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər