main-post-cover

    Jailbreaksiz iPhone\'da edə bilmədiyiniz hər şeyi Tweak vasitəsilə edin

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Jailbreak edilməmiş iPhone'a, Extensify tətbiqi vasitəsilə Tweak yükləmək artıq mümkündür.

    İlk öncə Tweak nədir , nə işə yarayır onu aydınlaşdıraq. Tweak Apple’in icazə vermədiyi və edə bilmədiyi şeyləri etməyə imkan verən vasitədir.  Tweak vasitəsilə iOS əməliyyat sisteminin qaynaqlarından istifadə edərək istədiyiniz hər şeyi edə bilərsiniz. Məsələn: iPhone'da bluetooth olmadığı üçün Airblue Sharing adlı tweak ilə bluetooth'un yoxluğunu doldura bilərsiniz, 'Ekran kilidini aç' yazısını dəyişdirə bilərsiniz, operator yazısınının yerinə simvol əlavə edə bilərsiniz, bildiriş mərkəzinə xarici widgetler əlavə edə bilərsiniz və.s. Bunların hamısı Tweak vasitəsilə mümkündür.

    Jailbreak vasitəsilə iOS əməliyyat sisteminə fərqli Tweak'lər yükləyərək istədiyiniz bir çox şeyi edə bilərsiniz. Ancaq Apple, Jailbreak etməyə imkan verən boşluqları iOS 9.1 yeniləməsində bağlamışdı. iOS 9.2.x ve iOS 9.3 üçün  Jailbreak gözləyən iPhone istifadəçilərinə çox yaxşı bir xəbərimiz var. Extensify tətbiqi vasitəsilə bir çox tətbiqin Tweak'lərini, Jailbreaksiz iPhone'a yükləmək mümkündür. Extensify tətbiqində Twitter , WhatsApp , YouTube, Facebook, Snapchat və Vine kimi məşhur tətbiqləri özəlləşdirən Tweak'lər var.

    Extensify ilə Jailbreaksiz iPhone'a Tweak yükləmək üçün nə etmək lazımdır?

    1. Extensify saytına Safari brauzeri vasitəsilə daxil olun. Sayta buradan daxil olun.

    2. "Apply for code" xanasına e-mail ünvanınızı yazın və "Apply " düyməsini sıxın.

    3. E-mail ünvanınıza bir kod gələcək. Həmin kodu Extensify saytında "Enter Code" vasitəsilə uyğun xanaya yazın.
     
    Jailbreaksiz iPhone'da edə bilmədiyiniz hər şeyi Tweak vasitəsilə edin

     
    4.  Extensify kodunuzu yazdıqdan sonra ödəniş ekranı açılacaq. Ödənişi etdikdən sonra tətbiq bir sertifikat qurmaq istəyəcək.
     
    Jailbreaksiz iPhone'da edə bilmədiyiniz hər şeyi Tweak vasitəsilə edin


    5. Əvvəlcə sertifikatı qurun, sertifikatı qurandan sonra Extensify tətbiqi avtomatik olaraq əsas səhifədə yerləşəcək.

    6. Extensify tətbiqini açaraq istədiyiniz tətbiqə uyğun Tweak'ləri yükləyib istifadə edə bilərsiniz. 
     
    Jailbreaksiz iPhone'da edə bilmədiyiniz hər şeyi Tweak vasitəsilə edin
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər