Jailbreaksiz iPhone 'da edə bilmədiyiniz hər şeyi Tweak vasitəsilə edin

Jailbreaksiz iPhone 'da edə bilmədiyiniz hər şeyi Tweak vasitəsilə edin

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Jailbreak edilməmiş iPhone\'a, Extensify tətbiqi vasitəsilə Tweak yükləmək artıq mümkündür.

İlk öncə Tweak nədir , nə işə yarayır onu aydınlaşdıraq. Tweak Apple’in icazə vermədiyi və edə bilmədiyi şeyləri etməyə imkan verən vasitədir.  Tweak vasitəsilə iOS əməliyyat sisteminin qaynaqlarından istifadə edərək istədiyiniz hər şeyi edə bilərsiniz. Məsələn: iPhone\'da bluetooth olmadığı üçün Airblue Sharing adlı tweak ilə bluetooth\'un yoxluğunu doldura bilərsiniz, \'Ekran kilidini aç\' yazısını dəyişdirə bilərsiniz, operator yazısınının yerinə simvol əlavə edə bilərsiniz, bildiriş mərkəzinə xarici widgetler əlavə edə bilərsiniz və.s. Bunların hamısı Tweak vasitəsilə mümkündür.

Jailbreak vasitəsilə iOS əməliyyat sisteminə fərqli Tweak\'lər yükləyərək istədiyiniz bir çox şeyi edə bilərsiniz. Ancaq Apple, Jailbreak etməyə imkan verən boşluqları iOS 9.1 yeniləməsində bağlamışdı. iOS 9.2.x ve iOS 9.3 üçün  Jailbreak gözləyən iPhone istifadəçilərinə çox yaxşı bir xəbərimiz var. Extensify tətbiqi vasitəsilə bir çox tətbiqin Tweak\'lərini, Jailbreaksiz iPhone\'a yükləmək mümkündür. Extensify tətbiqində Twitter , WhatsApp , YouTube, Facebook, Snapchat və Vine kimi məşhur tətbiqləri özəlləşdirən Tweak\'lər var.

Extensify ilə Jailbreaksiz iPhone\'a Tweak yükləmək üçün nə etmək lazımdır?

1. Extensify saytına Safari brauzeri vasitəsilə daxil olun. Sayta buradan daxil olun.

2. "Apply for code" xanasına e-mail ünvanınızı yazın və "Apply " düyməsini sıxın.

3. E-mail ünvanınıza bir kod gələcək. Həmin kodu Extensify saytında "Enter Code" vasitəsilə uyğun xanaya yazın.
 

 
4.  Extensify kodunuzu yazdıqdan sonra ödəniş ekranı açılacaq. Ödənişi etdikdən sonra tətbiq bir sertifikat qurmaq istəyəcək.
 


5. Əvvəlcə sertifikatı qurun, sertifikatı qurandan sonra Extensify tətbiqi avtomatik olaraq əsas səhifədə yerləşəcək.

6. Extensify tətbiqini açaraq istədiyiniz tətbiqə uyğun Tweak\'ləri yükləyib istifadə edə bilərsiniz. 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×