
Jeepers Creepers geri qayıdır
Digər
07.05.2017
Farid Pardashunas
Myriad Pictures studiyası horror janrında olan "Jeepers Creepers" film seriyasının 3-cü hissəsi üzərində işlərə start verir. Filmin rejissoru birinci hissəni çəkmiş Victor Salva təyin edilib. Əsas rolları Jonathan Breck və Brandon Smith canlandıracaqlar. Süjet xətdinə əsasən yeni filmdə hər 23 ildən bir dirilən qəribə məxluqun izinə düşmək üçün xüsusi təyinatlı dəstə yaradılacaq. Onların əsas vəzifələri Creeper-in təbiətini öyrənməklə yanaşı onu bir dəfəlik məhv etmək olacaq.
""Jeepers Creepers" fanatları kimi mən də çox həyəcanlıyam. Biz Creeper-in məşhur yük maşınını qaytaracağıq. Bundan əlavə Creeper nədir, o hardan peyda olub və nə üçün bu işlərnən məşqul olur kimi suallara cavab verəcəyik" - deyə Salva bildirib. Qeyd edək ki, birinci film 2001-ci ildə böyük ekranlara çıxmışdır. 10 milyonluq istehsal büdcəsinə baxmayaraq film 59 milyon dollar gəlir gətirmişdir. 2003-cü ildə isə ikinci hissə çıxmışdır.
Linki kopyala
Həftənin xəbərləri

