Steve Jobs 'u Apple 'dan qovan CEO 'nun təqdim etdiyi yeni telefon - Obi MV1

Steve Jobs 'u Apple 'dan qovan CEO 'nun təqdim etdiyi yeni telefon - Obi MV1

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Vaxtilə Steve Jobs tərəfindən Apple\'a dəvət olunan və 10 il müddətində şirkətdə CEO olaraq fəaliyyət göstərən John Sculley yeni telefonu Obi MV1\'i təqdim etdi.

 
Mobil dünya konfransında təqdim olunan telefonlardan biri də Obi MV1 oldu. Yeni modeli dizayn və parametrlərindən çox istehsalçısının kimliyi ilə diqqət çəkir. Cihazın diqqət çəkən ən önəmli nüansı istehsalçının Obi Worldphone\'un yəni Apple\'nin keçmiş CEO\'su olmasıdır. 


Pepsidən Apple\'a gəldi və Steve Jobs\'u qovdu.

1983-1993-cü illərarasında 10 il Apple\'ı idarə edən John Scully dünyanın məşhur biznesmenlərindən biridir. Apple\'a gəlməmişdən əvvəl Pepsi CEO\'su olan Scully üçün Steve Jobs bu əfsanə cümləni işlətmişdi: "Ömrünün sonuna qədər sadəcə şirin su satmaq istəyirsən yoxsa dünyanı dəyişməkmi?" Bu sözlərdən sonra Apple\'a gələn John Scully cəmi 2 il sonra Steve Jobs\'u Apple\'dan uzaqlaşdırdı. Bu səbəblə Steve və Scully arasında münasibətlər pozuldu və bu illərcə belə davam etdi.


Obi MV1\'in texniki xüsusiyyətləri necədir?

Obi Worldphone şirkətinin inkişaf etməkdə olan bazarlara yönümlü olan məhsullar istehsal etdiyini nəzərə alsaq, şirkətdən böyük texniki parametrlərə malik telefon gözləmək düzgün olmazdı. Bu səbəbdən Obi MV1 ucuz qiymətə və yaxşı texniki göstəricilərə malik orta seqmentə yönəlmiş ağıllı telefondur. 5 düyümlük ekran, 1.2 GHz Snapdragon 212 çipset, 1 və 2 GB RAM seçimləri olan bu telefon MicroSD kart dəstəyi vasitəsilə artıtıla bilən 16GB daxili yaddaşa malikdir. 8 MP ön və 5 MP arxa kamerası olan Obi MV1 2500 mAh batareya gücünə sahibdir.
 
Obi Worldphon\'un inkişaf etməkdə olan bazarlara yönəlik olduğunu qeyd etmişdik. Bu səbəblə cihaz ilk öncə Afrika və Asiyada satışa çıxarılacaq. Növbəti ay isə Avropa və Latın Amerikası cihaz ilə tanış ola biləcək. Cihazın satış qiyməti isə cəmi 149 dollardır. Görək köhnə Apple CEO\'su bu bazarda uğurlu ola biləcəkmi?


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×