main-post-cover

    "Juno" kosmik aparatı Yupiter-ə çatıb

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2011-ci ilin Avqust ayında kosmosa göndərilmiş "Juno” kosmik aparatı dünən Yupiter planetinə çatıb. Həmin kosmik aparat vasitəsilə alimlər Günəş sisteminin ən böyük planetinin atmosferini öyrənəcəklər. Beləliklə onlar biləcəklər ki, Yupiter necə yaranıb. "Juno” Yupiter-in orbitində olan ikinci kosmik aparatdır. Ondan daha öncə bu cür missiyanı "Galileo” kosmik aparatı yerinə yetirmişdir. Yeni kosmik aparat planet haqqında məlumatları bu ilin oktyabr ayında yığmağa başlayacaq. 2018-ci ildə isə "Juno”-nun missiyası bitəcək və o planetin səthinə düşəcək. Kosmik aparatın adı qədim roma mifologiyasında olan Yunona tanrısından götürülmüşdür. Əfsanəyə görə o tanrı Yupiter tərəfindən buludlar ilə örtülmüş səmanı görə bilmişdir. "Juno”-nun missiyası da buna bənzərdir. Kosmik aparatın Yupiter-ə çatmağı o dərəcədə vacib hadisədir ki, hətda Google şirkəti bu münasibətlə öz axtarış sisteminə xüsusi doodle yerləşdirmişdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər