main-post-cover

    "Juno" kosmik aparatı Yupiter-in ilk fotolarını Yer kürəsinə göndərib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    5 iyul tarixində "Juno” adlı kosmik aparat Yupiter planetinin orbitinə çatdı. O artıq Yer kürəsinə planetin ilk fotolarını göndərib. Kosmosa göndərildiyi gündən 5 il sonra kosmik aparat Yupiter-in orbitinə çıxmağı bacarmışdır. 10 iyul tarixində isə JunoCam kamerası vasitəsilə kosmik aparat planetdən 4.3 km məsafədə eniş prosesi zamanı planetin ilk fotolarını çəkmişdir. NASA-nın saytında verilmiş məlumatlara əsasən fotolar Yupiter-in 4 peykindən 3-nü (İo, Avropa, Qanimed) görməyə imkan verəcək. Bundan əlavə olaraq fotolarda Yupiter-in unikal atmosfer xüsusiyyəti olan böyük qırmızı ləkə də əks olunacaq. Öz missiyası çərçivəsində "Juno” planetin fotolarını çəkərək onları Yer kürəsinə göndərməyə davam edəcək. İlk keyfiyyətli fotoların 27 avqust tarixində təqdim olunması gözlənilir.

    Linki kopyala