Walt Disney və Lucasfilm studiyaları "Star Wars" film seriyasının yeni trilogiyasının son epizodunu çəkəcək rejissorun adını açıqlayıb. Həmin rejissor "Jurassic World" filmini yaratmış Colin Trevorrow olacaq. "Star Wars: Episode IX" filminin çəkiliş qrafiki və premyera tarixi hələki bilinmir. Lakin filmin 2019-cu ildə izləyicilərə təqdim olunacağı gözlənilir. 9-cu epizodun ssenarisini Rian Johnson-un hazırlayacağı güman olunur. 8-ci epizodun ssenarisini də Rian hazırlayacaq.
Qeyd edək ki, Colin Trevorrow-un yaratdığı "Jurassic World" filmi 2015-ci ilin sensasiyalı proyekti oldu. Film uğurlu olmaqla yanaşı bir neçə rekordada imza atdı. Çox güman ki, filmin davamı bizi çox gözlətməyəcək.
Şərh yoxdur