Jurnalist, Instagram-da məşhurluğun sirrini tapdı

Jurnalist, Instagram-da məşhurluğun sirrini tapdı

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sosial şəbəkələrdə o qədərdə məşhur olmayan Bloomberg Businessweek-in jurnalisti Max Chafkin maraqlı bir təcrübəyə əl atıb.

Belə ki, o, öz Instagram hesabını məşhurlaşdırmaq üçün marketinq agentliyinə müraciət edib. Jurnalist, ondan necə Instagram ulduzu etdikləri prosesini danışıb. Sözügedən təcrübədən öncə Chafkinin Instagram-da 212 izləyicisi var idi. Təcrübənin məqsədi izləyicilərin sayının artması və reklam müqavilələrinin bağlanması idi. Chafkinin hesabının məşhur olması ilə məşğul olan agentliyin məlumatına görə 10.000-100.000 izləyicisi olan Instagram bloggeri reklam postuna görə 250$, 100.000-250.000 izləyicisi olan blogger 1000$, 500.000 izləyicisi olan blogger isə 5000$-a qədər qazanc əldə edə bilər. İlk öncə mütəxəssislər Chafkinin tərzini dəyişiblər. Onlar Chafkinin saçını dəbli hala salıb özünü brend geyimlə təmin ediblər. Bir söznən ona model obrazı yaradıblar.


Chafkin isə öz növbəsində müxtəlif tərz geyimlərdə fotolar çəkərək onları Instagram-da paylaşırdı. Bundan əlavə olaraq o, yemək fotoları və onun həyat tərzi barəsində fikirlər formalaşdıran fotolar paylaşıb. Daha çox izləyicinin cəlb olunması üçün Chafkinə çoxlu hashtag növlərindən istifadəni və digər insanların fotolarını aktiv şərh etməyi və bəyənməyi məsləhət görüblər. Hər iki halda o, bu prosesləri asanlaşdıran xüsusi tətbiqlərdən istifadə edib. Həmçinin marketoloqlar, Chafkinə gün ərzində 3 post paylaşmasını söyləmişdilər. Jurlanist qeyd edib ki, o çox zaman qorxurdu ki, agentliyin professional fotoqrafların çəkdikləri fotolar kimi keyfiyyətli iş yarada bilməyəcək. Marketoloqların bir aylıq səyləri nəticəsində Chafkinin izləyici kütləsi 7 dəfə artmışdır. Hal-hazırda onun hesabında 2000-dən çox izləyici vardır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×