Kainatda var olan ən qədim və böyük qalaktikalar aşkarlanıb

Kainatda var olan ən qədim və böyük qalaktikalar aşkarlanıb

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Karina Caputi-nin başçılığı altında Groningen Universitetindən olan müşahidəçilər qrupu əvvəllər aşkarlanmamış ən qədim və böyük qalaktikaları kəşf ediblər. Alimlər VISTA teleskopu ilə göy üzünün müəyyən hissəsini infraqırmızı diapazonda şəklini çəkiblər və xüsusi üsul ilə 750 milyondan 2.6 milyard yaşa qədər olan cavan qalaktikaları seçiblər. Göy üzünün müəyyən hissəsində yerləşmiş qalaktikaların yaşlarını hesablamaq alimlərin qalaktikaların yaranması və inkişafı nəzəriyyələrini yoxlamağa imkan verir. Lakin bu cür hesablama uzaqda yerləşmiş qalaktikalar üçün tətbiq etmək elədə asan deyil. 
"Biz 574 böyük qalaktika aşkar etmişik. Bu isə kainatın ilk vaxtlarına təsadüf edən aşkarlanmış ən böyük gizli qalaktikalar toplusudur. Onların müşahidəsi çox sadə lakin vacib sualı ortaya çıxardır. İlk böyük qalaktikalar nə vaxt yaranıb?" - deyə Karina Caputi bildirib. Göy üzünün qısa infraqırmızı diapazonda şəklinin çəkilməsi alimlərə daha öncə qalın kosmik toz qatı ilə örtülmüş və bu səbəbdən görünməsi qeyri-mümkün olan qalaktikaları aşkarlamağa imkan verir. Bura həmçinin kainatın ilkin vaxtlarına təsadüf edən obyektlərdə daxildir. Onların yaşları təqribi olaraq 1.1-1.5 milyard il kimi (Böyük partlayışdan sonra) qiymətləndirilir. Müqayisə üçün ətrafımızda gördüyümüz qalaktikaların yaşları 3 milyarda (Böyük partlayışdan sonra)çatır. Lakin bir məsələ var ki, kainatın ilkin vaxtlarında bu cür böyük qalaktikaların olması qeyri-mümkündür. Müşahidələrin növbəti mərhələsində alimlər Atacama səhrasında olan ALMA radioteleskopunu işə salacaqlar. Əgər müşahidələrin nəticəsi təsdiqlənərsə onda kainatın ilkin vaxtlarında forlaşmaşmış qalaktikalar haqqında nəzəriyyəyə birdə baxılmalı olacaq. 
 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Barmaq izinin köməyi ilə insan cinsini necə müəyyən etmək olar

Bizim barmaq izlərimiz çox unikaldır. Lakin məlumat bazasında lazım olan məlumatlar olmadıqda barmaq..


Yosunlardan alınmış enerji ilə mobil telefonları təmin etmək olacaq

Kanadalı alimlər yaşıl yosunlardan enerji əldə edə bilən texnologiya yaradıblar. Həmin enerjinin eff..


NASA tərəfindən yaradılmış 10 qəribə skafandr

Bioskafandr. Hal-hazırda NASA-nın zamdirektoru vəzifəsində çalışan professor Dava Newman-ın ixtirası..


NASA-dan yeni ideya

Amerikalı konstruktorların fikrincə vertolyotun köməyi ilə yeni robot Mars qumluqlarında problem yaş..


Alimin beyni adi insan beynindən nə ilə fərqlənir?

Lübek universitetinin (Almaniya) mütəxəssislərinin maraqlı müşahidələri zamanı bəlli olub ki, alim..


Kiborq bitkilər artıq reallıqdır

\"Yaşıl enerji\" konsepsiyası artıq reallığa çevrilir. Alimlər bildiriblər ki, onlar qızı..

×