
Kainatın mərkəzi harda yerləşir?
07.05.2017
Farid Pardashunas
"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir.
Lakin hal-hazırda bu suala heç kim cavab verə bilmir. Kainatın mərkəzi, Böyük
partlayış nəzəriyyəsinin ən dolaşıq məsələlərindən biridir. Məsələ burasındadır
ki. əslində kainatın mərkəzi yoxdur. Əgər biz, standart partlayışı təsəvvür etsək,
onda həmin partlayışın mənbəsinin hardasa mərkəzdə olduğunu görərik. Məsələn atəşfəşanlığın
fotosuna baxanda və alovların istiqamətlərini görəndə, biz, partlayışın mənbəyini
rahatlıqla tapa bilərik. Bundan əlavə olaraq baş vermiş partlayışın mərkəzində
temperatur daha yüksək olur. Partlayışın yayılması ilə isə həmin temperatur
aşağı düşməyə başlayır. Lakin Böyük partlayış hadisəsi, tipik partlayış
olmayıb. Alimlər öz ötürücülərini kainatın müxtəlif yerlərinə yönləndirəndə onlar
görürlər ki, faktiki olaraq kainat həmcinsdir. Yəni, kainatda elə bir yer
yoxdur ki, orda temperatur, kainatın digər hissələrinə nisbətən yüksək olsun.
Bu isə o deməkdir ki, mərkəzin varlığı mümkün deyil. Bunu necə təsəvvür etmək
olar?
Biz bilirik
ki, kainat, genişlənmə xüsusiyyətinə sahibdir. Mərkəzi olmayan kainat
anlayışını yaxşı başa düşmək üçün genişlənən şar təcrübəsindən mükəmməli
yoxdur. Əgər biz, şarın üzərində bir neçə nöqtə çəksək və onu hava ilə
doldurmağa başlasaq, onda görərik ki, şar genişləndikcə həmin nöqtələr
bir-birindən uzaqlaşırlar. Bu misalda kainat rolunu, şarın səthi çıxış edir. Məhz
şar öz deyil, onun səthi, kainatı əks etdirməlidir. Belə ki, əgər şarın özünü
kainat kimi təsəvvür etsək, onda genişlənən kainatın mərkəzini məhz şarın
geometrik mərkəzində yerləşdirmək marağı yaranacaq. Beləliklə, diqqəti, məhz
şarın səthinə yönəldəndə, görmək olar ki, hər bir nöqtə öz qonşusundan
yavaş-yavaş uzaqlaşır. Bu halda istənilən nöqtəni, mərkəz kimi qəbul etmək
düzgün deyil. İndi isə təsəvvür edin ki, həmin nöqtələr, qalaktikalar rolunu
oynayırlar. Və siz həmin qalaktikalardan birinin mərkəzində yerləşirsiniz. Kənarlara
baxanda, siz görəcəsiniz ki, digər qalaktikalar müxtəlif istiqamətdə sizdən
uzaqlaşırlar və siz özünüz bir növ mərkəz hesab olunursunuz. Və hansı nöqtədə
yerləşməyinizdən asılıq olmayaraq siz həmişə kainatın mərkəzi olacaqsınız. Bu
termin, məşhur fizik Fred Hoyle tərəfindən irəli sürülmüşdü. Beləliklə o,
kainatın yaranması fikrinə öz sarkastik yanaşmasını göstərmişdi. Əgər
partlayış olubsa, deməli partlayışın yeri və nədən partladığı faktorları da
olmalıdır. Əslində isə genişlənən kainatın mərkəzi olmamalıdır.
Linki kopyala
Həftənin xəbərləri

