main-post-cover

    Keçmiş ABŞ prezidenti Barack Obama üçün Spotify-dan iş təklifi gəldi!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-da prezidentlik vəzifəsini Trump-a təhvil verən Obama-ya Spotify-dan iş təklifi gəldi.

    Son 8 ildir ABŞ Prezidentliyi vəzifəsini üstlənmiş olan Barack Obama, artıq bayrağı Donald Trump-a təhvil verir. Rəsmi olaraq prezidentliyi buraxacaq olan Obama üçün Spotify-dan başqa bir "prezidentlik” barədə iş təklifi gəldi.
    Spotify-ın CEO-su və qurucusu olan Daniel Ek tərəfindan yollanan təklifdə Barack Obama üçün "Playlistlərin Prezidenti” vəzifəsi təklif edilir. Hətta bunun üçün iş elanı belə açan Spotify, bu iş elanını görünüşə görə sırf Obamaya görə açıb.
     
    Spotify-ın axtardığı şəxsin xüsusiyyətləri üçün "Bir ölkəni 8 il idarə etmək”, "Nobel sülh mükafatı qazanmış olmaq”, "Bütün zamanların ən yaxşı natiqlərindən biri olmaq” kimi tələblər ilə həm Obamanı işarət edib həm də dolayı yoldan Obamanı tərifləyən Spotify-ın bu iş elanı və Daniel Ek tərəfindən birbaşa olaraq edilən iş təklifi üçün Obamanın cavabının nə olacağı çox maraqlıdır.
     
    Obama üçün açılmış iş elanına "Buradan” baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər