

Avtomobil sahəsi üzrə məşhur Britaniya televiziya verilişi "Top Gear”in keçmiş aparıcıları Ceremi Klarkson (Jeremy Clarkson), Riçard Hammond (Richard Hammond) və Ceyms Mey (James May) Drivetribe adlı tətbiq yaratmağı planlaşdırırlar.

Drivetribe dünyadakı bütün avtomobil həvəskarlarını bir yerə yığacaq sosial şəbəkə olacaq. Hal-hazırda aparıcılar öz layihələri üçün vəsaitin yığılması ilə məşquldurlar. "Technote.az”ın "Financial Times” mənbəsinə istinadən verdiyi xəbərə əsasən bu layihənin reallaşdırılması üçün onlara 5.5 milyon dollar lazımdır. Artıq məlumdur ki, vəsaitin bir hissəsini "Breyer Capital” fondu və "Atomico” şirkəti ödəcəyək. Gələcəkdə tətbiq yaradıcıları Drivetribe üçün video material hazırlamağı, öz fikirlərini və məsləhətlərini vermələri üçün məşhur avtobloggerləri və təcrübəli avtomobil həvəskarlarını sosial şəbəkəyə dəvət etməyi planlaşdırırlar. Həmçinin gələcəkdə müxtəlif məzmunların hazırlanmasında süni zəkadan da istifadə olunması düşünülür. Onun sayəsində Drivetribe tətbiqi öz məzmunlarından əlavə olaraq müxtəlif internet resurlarından avtomobil mövzusunda məzmunları toplaya biləcək.
Şərh yoxdur