Kənd təsərrüfatı və elektron ticarəti özündə birləşdirən yerli bal brendi Mr.Bee

Kənd təsərrüfatı və elektron ticarəti özündə birləşdirən yerli bal brendi Mr.Bee

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ölkə iqtisadiyyatı çətin dövrlərini keçirdiyi bir vəziyyətdə ən uğurlu addım beynəlxalq layihələrin həyata keçirilməsi və yerli məhsulların ixrac edilməsidir. Nəticə etibarilə, ölkəyə xarici valyuta cəlb olunur. Belə bir vəziyyətdə Azərbaycanda məşhur olan və istehsalı kifayət qədər olan bal məhsullarını dünya bazarına çıxarmaq ən ağıllı addım olardı.

İllik 20 ton istehsal gücü olan KERCOM şirkəti yerli və təbii balın elektron satışını həyata keçirir. Bir neçə xarici ölkəyə bal və arıçılıq məhsullarının satışını həyata keçirən bu şirkət yerli istehlakçıları da diqqət mərkəzində saxlamaqda davam edir.



Bəs Mr.Bee nədir? Elektron ticarət vasitəsilə balı necə əldə etmək olar?

Mr.Bee (cənab arı) adı altında bazara daxil olan bu brend müştərilərinə yüksək keyfiyyətli və təbii bal və arıçılıq məhsulları təqdim edir. Siz www.mrbee.az saytına daxil olmaqla, məhsul çeşidlərilə tanış olaraq, onların tərkibi, faydası, istifadə qaydası və yan təsirləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz. İstəyinizə uyğun olaraq seçdiyiniz bal məhsulunu sifariş edə və ödənişi online şəkildə həyata keçirə bilərsiniz. Sifarişi təsdiqlədiyiniz andan etibarən, şəhər daxilində 24 saat ərzində məhsul sizə pulsuz çatdırılır. Bakı ətrafı ərazilərə isə (Bakı kəndləri) sifarişin həcmindən asılı olaraq çatdırılma pulsuz həyata keçirilir. Əgər Azərbaycanın hansısa bölgəsində məskunlaşmısınızsa, bu da problem deyil. Qısa müddət ərzində Mr.Bee bölgələrə çatdırılma xidmətini də həyata keçirəcək. Əlavə olaraq qeyd edək ki, Mr.Bee brendi ilk yerli bal brendidir ki, sizə online ödəniş və taksitlərlə ödəniş üsulunu təklif edir.


Online ödəniş üsulundan əlavə, Mr.Bee sizlərə nağd ödəniş üsulunu da təklif edir. Call Center ilə əlaqə saxlamaqla, saytda bəyəndiyiniz məhsulu sifariş edə və ödənişi çatdırılma zamanı həyata keçirə bilərsiniz. Bu ödəniş üsulunun online ödəniş üsulundan əsas üstün cəhəti ondan ibarətdir ki, məhsul sizə çatdırılanda kiçik paketlərdə nümunə (sifariş etdiyiniz balın eynisi) sizə təqdim olunur. Balın dadına baxdıqdan sonra, həmin məhsulu əldə edirsiniz. Əgər bal xoşunuza gəlməsə, heç bir cərimə ödəmədən məhsulu geri qaytarmaq mümkündür.


Bal məhsullarının təbii olduğuna necə güvənə bilərik?

Mr.bee məhsulları yerli istehsal standartlarına uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq və keyfiyyət sertifikatına layiq görülmüşdür. Bal məhsullarına heç bir qatqı qatılmadan və arılara müdaxilə edilmədən təbii məhsullar birbaşa evinizə qədər gətirilir.




Mr.Bee-nin digər brendlərdən fərqi nədir?

Mr.Bee brendi KERCOM şirkəti tərəfindən yaradılmışdır. Bu brendin ən əsas üstünlüyü birbaşa istehsalçının olmasıdır. Digər brendlərdən fərqli olaraq, Mr.Bee məhz özü istehsal edir, vasitəçilik etmir. Bundan başqa, sizlərə geniş çeşidlilik və müxtəlif seçim imkanları təqdim edən Mr.bee-dən 8 növ bal və 5 növ arıçılıq məhsulları əldə edə bilərsiniz. Online və taksit kartlarla ödəniş imkanı sizin üçün bütün növ rahat ödəmə üsullarını təqdim edir.


Online ödəniş sistemi vasitəsilə siz işinizi asanlaşdırmaqla yanaşı, həm vaxtınıza qənaət edirsiniz, həm nağd ödənişdən azad olursunuz, həm də tam şəffaf şəkildə ödəmələrinizi həyata keçirirsiniz.

 

Taksit kartlarla bal və arıçılıq məhsullarının sifarişi.

Mr.Bee məhsulları taksit kartlarla əldə etməklə, aylar üzrə hissə-hissə ödəmək imkanınız var. Albalı, Bolkart, Smile kart və digər taksit kartlar vasitəsilə bu əməliyyatları həyata keçirmək mümkündür.



Mr.bee hədiyyəni özün hazırla!

Əgər yaxınlarınıza və dostlarınıza qeyri-adi, faydalı hədiyyə etmək istəyirsinizsə, Mr.Bee-nin ballı hədiyələrindən yararlanma imkanınız var. Saytın ballı hədiyyələr hissəsində Siz müxtəlif növ banka, istədiyiniz bal çeşidi və xüsusi örtükləri seçməklə, qeyri-adi qablaşdırmada dostlarınıza və sevdiklərinizə hədiyyələr hazırlaya bilərsiniz.


 

Ballı bonuslardan yararlanın.

Mr.Bee məhsullarını online əldə etdiyiniz zaman hər 1 AZN ödənişə görə 1 bonus qazanmış olursunuz. 200 Bonus qazandığınızda sizə 20 AZN-lik hədiyyə kuponu təqdim olunur. Siz bu kupondan saytda alış-veriş əməliyyatlarında istifadə edə bilərsiniz.

Daha çox məlumat və bal sifariş etmək üçün mrbee.az saytını ziyarət edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×