main-post-cover

    SEMA sərgisindən KİA-nın 4 maraqlı konsept avtomobili

    Digər
    07.05.2017
    Farid Pardashunas
    ABŞ-da təşkil olunan SEMA tyuninq sərgisi tam sürətlə davam edir və sərgiyə qatılan şirkətlər arasında koreyalı istehsalçı KİA-da var. Yarış, off-road, kruzer və s. tipli avtomobillərin bir-birindən fərqli modifikasiyalarının təqdim olunduğu sərgidə KİA-da öz fərqli avtomobillərini nümayiş etdirir. Bəs ölkəmizdə də çox məşhur olan bu şirkət sərgiyə hansı modellərlə qatılıb?
     
    KİA-nın Sema sərgisində təqdim etdiyi 4 ən maraqlı konsept avtomobili.
     
     
    KİA Optima Cabrio 
    Bu Optima hər gün işıqforda gördüyünüz adi ailə sedanı deyil. Hər tərəfdən iri xrom detallarla bəzədilmiş, mavi
    rəngli 4 nəfərlik gözəl bir kabrioletdir. Uzun yol üçün əvəzolunmaz seçimdir amma çox həvəslənməyin çünki qapıları geriyə doğru açılan 240 at güclü bu avtomobil sadəcə konseptdir, yəni axşam KİA Bakı Mərkəzinə gedib bu sedana baxmaq arzunuzu indidən öldürün.

    Böyük ehtimal hansısa tanışınız da KİA Cerato Koup var. Bəs heç ağlınıza bu kiçik kupe ilə off-road macərasına atılmaq fikri gəlibmi? Yox, əlbəttə yox. Ağlı başında olan bir nəfər nəyə görə ön təkərləri çəkən, 1.6 litr 4 silindirli alçaq sedanın yolsuzluq qabiliyyətlərini yoxlamağa çalışsınki? Amma görünür KİA mühəndislərindən birinin ağlına belə bir fikir gəlib və o bu fikiri reallaşdırmaq qərarını alıb, beləliklə KİA Cerato Koup Mud Bogger konsepti yaranıb. Cerato-nun Mud Bogger konsepti iri yolsuzluq təkərləri, ön qoruyucular, sparco oturacaqlar və qəza qəfəsi ilə təchiz olunsa da bu Cerato Koup ilə off-road sizcə də qəribə səslənmir?
     

    Yeni Sorento-nun limitli off-road bacarıqlarını artırmaq üçün lazım olan amillər: Bahalı və gözəl görünən yaşıl boya... Yox o boya ilə kiminsə yolsuzluq şəratində Sorento sürmək istəyəcəyini düşünmürük amma iri təkərləri, hər tərəfli dəmir qoruyucuları və off-road asqıları ilə 290 at güclü Sorento PacWest həqiqətən gözəl görünür. Fikrimizcə palçıqla daha tez uyğunla bilən bir rənglə KİA bu konsepti avtomobil satış salonlarına da gətirə bilər.


    Kim dediki Kia Sedona adi, sıxıcı ailə furqonudur? 3.3 litr V6 mühərrik və 17 düym diskləri tutan iri təkərlərlə bu gördüyünüz Sedona ailə ilə off-road macərası yaşamaq istəyənlər üçün əla seçimdir. 276 at gücü və qəribə narıncı rəngli boyası da onu güclü göstərən digər amillərdir. Hə birdə, arxada yük üçün böyük yer də var!

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər