main-post-cover

    Kiborq bitkilər artıq reallıqdır

    07.05.2017
    Farid Pardashunas
    "Yaşıl enerji" konsepsiyası artıq reallığa çevrilir. Alimlər bildiriblər ki, onlar qızılgülü elektrik sxemə çevirmyi bacarıblar. İlk elektron bitkini Linköping universitetinin alimləri yaradıblar. Bu proses necə olur?
    İlk öncə qızılgülün saplağına PEDOT-S adlı sintetik polimer yeridirlər. Bitki adi suyu necə qəbul edirsə həmin sintetik polimeri də eləcə qəbul edir. Polimer bitkinin daxilinə suyu çatdıran kanallara daxil olandan sonra o elektrik siqnal ötürən yerə öz-özünə yığılır. Bu zaman polimer suyun və digər qidalandırıcı maddələrin bitkinin lazım olan hissələrinə getməsinə kömək edir. Bu böləmələri bitkinin toxumalarında təbii elektrolitlər ilə birlikdə birləşdirərək alimlər elektrokimyəvi tranzistor yaratmağı bacarıblar. Bundan əlavə onlar komputer sistemlərinin əsas komponentlərindən olan rəqəmsal fəlsəfi qapıları da yaradıblar. 
     
    Alimlər həmçinin PEDOT-S polimerini adi yarpağa yeridiblər. Bu zaman polimer piksellər yaradıb (elektrokimyəvi hüceyrələr qrupu). Yarpağa elektrik cərəyanı verildikdə isə həmin piksellər rəngini dəyişir. "Artıq biz elektrobitkilər haqqında danışa bilərik. Biz bitkilərə sensorlar yerləşdirərək xlorofillərdə yaranan enerjini istifadə edə bilərik. Yeni material və yaxud yaşıl antenalar yarada bilərik. Hər şey təbii prosesdə baş verəcək. Biz bitkilərin öz inkişaf etmiş və ən unikal sistemlərindən istifadə edəcəyik" - deyə baş mütəxəssis Magnus Berggren bildirib. Ətraf mühitdə baş vermiş dəyişiklikləri hiss və əks etdirən bitkiləri təsəvvür edin. Bir düymənin köməyi ilə nəzarət edilən plantasiyalar və yaxud fotosintezin köməyi ilə bitki-yanacağından alınan elektrik enerjisi. Yeni müşahidələrin vasitəsi ilə bunlar reallığa çevrilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər