main-post-cover

    Kickstarter-də dələduzluq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir çoxlarının tanıdığı Kickstarter portalı artıq uzun zamandır ki, adi istifadəçilərdən pul qazanıb boş yerlərə xərcləməklə dələduzluq edilməsi ilə də tanınır. Hansısa tətbiqetmə, oyun və ya cihaz hazırlayan insanlar tərəfindən adi istifadəçilərə verilən sözlərin arxasında çox zaman real bir iş durmur. Beləliklə adi istifadəçilərdən vəsaitləri alandan sonra onlar ortadan yoxa çıxaraq həmin istifadəçiləri çətin vəziyyətdə qoyurlar. Bəzən isə elə hallar olur ki, hansısa məhsulu hazırlamağı planlaşdıran insanlar sözün əsl mənasında iş görmək istəyirlər. Lakin istifadəçilərdən gələn vəsaitləri asan qazanc hesab edib görməli olduqları işdən əl çəkirlər. Həmin vəsaitlər isə bahalı restoranlara, içkilərə və s. kimi boş şeylərə xərclənir.
     
    Bu cür hadisə bir neçə gün bundan öncə Ant Simulator proyekti ilə baş verdi. Oyun ETeeski studiyası tərəfindən PC və PS4 üçün hazırlanırdı. Hətda nüfuzlu PC Gamer jurnalı sözügedən proyekti maraqlı və unikal hesab edirdi. Nəticədə isə proyekt işıq üzü görmədi. Studiya oyunun hazırlanması üçün lazım olan vəsaitin bir hissəsini Kickstarter portalının köməyi ilə yığıb öz rəsmi səhifəsində oyunun pre-order satışlarını reallaşdırırdı. Bir neçə vaxt bundan öncə isə rəsmi səhifə bağlandı. YouTube-da isə proyektin tamamilə ləğv olunması haqqında video oyunun baş proqrammisti Eric Tereshinski tərəfindən paylaşıldı. 
     
    Məlum olub ki, Eric-in öz dostları kimi hesab etdiyi komanda yoldaşları oyun üçün yığılmış vəsaitin hamısını bahalı barlara, restoranlara içkilərə xərcləyiblər. Bunu bilən zaman Eric öz komandasından ayrılmaq qərarına gəlib. Lakin onun bu fikrini əngəlləyən hüquqi məsələlər var. Belə ki, ETeeski studiyasının sənədlərinə əsasən Eric oyunun hazırlanmasında iştirak edən və istifadəçilərə söz verilən hər işi yerinə yetirmək borcuna sahib olan yeganə insandır. Onu aldadan digər komanda üzvləri isə sadəcə olaraq konsultant vəzifəsində çalışırlar. Eric daha əvvəllər də müqaviləni oxuyan zaman bu kiçik lakin əsas nüansa fikir verməyib. 
     
    Oyun üzərində bütün işlər dayandırılıb. Proyektin bütün gameplay videoları isə YouTube-dan yaxın zamanda pozulacaq. Lakin Eric bu xoşagəlməz hadisədən elə-belə ayrılmaq istəmir. O imkan daxilində bütün istifadəçilərin vəsaitlərini öz cibindən ödəməyi istəyir. Bu barədə təkliflər istifadəçilərin mail ünvanlarına göndəriləcək. Gələcəkdə isə Eric oyun sənayesində azad şəkildə çalışmağı planlaşdırır. Öz yeni proyektləri barəsində isə heç bir məlumat vermir. 
     
     

    Linki kopyala