Kickstarter-də dələduzluq

Kickstarter-də dələduzluq

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir çoxlarının tanıdığı Kickstarter portalı artıq uzun zamandır ki, adi istifadəçilərdən pul qazanıb boş yerlərə xərcləməklə dələduzluq edilməsi ilə də tanınır. Hansısa tətbiqetmə, oyun və ya cihaz hazırlayan insanlar tərəfindən adi istifadəçilərə verilən sözlərin arxasında çox zaman real bir iş durmur. Beləliklə adi istifadəçilərdən vəsaitləri alandan sonra onlar ortadan yoxa çıxaraq həmin istifadəçiləri çətin vəziyyətdə qoyurlar. Bəzən isə elə hallar olur ki, hansısa məhsulu hazırlamağı planlaşdıran insanlar sözün əsl mənasında iş görmək istəyirlər. Lakin istifadəçilərdən gələn vəsaitləri asan qazanc hesab edib görməli olduqları işdən əl çəkirlər. Həmin vəsaitlər isə bahalı restoranlara, içkilərə və s. kimi boş şeylərə xərclənir.
 
Bu cür hadisə bir neçə gün bundan öncə Ant Simulator proyekti ilə baş verdi. Oyun ETeeski studiyası tərəfindən PC və PS4 üçün hazırlanırdı. Hətda nüfuzlu PC Gamer jurnalı sözügedən proyekti maraqlı və unikal hesab edirdi. Nəticədə isə proyekt işıq üzü görmədi. Studiya oyunun hazırlanması üçün lazım olan vəsaitin bir hissəsini Kickstarter portalının köməyi ilə yığıb öz rəsmi səhifəsində oyunun pre-order satışlarını reallaşdırırdı. Bir neçə vaxt bundan öncə isə rəsmi səhifə bağlandı. YouTube-da isə proyektin tamamilə ləğv olunması haqqında video oyunun baş proqrammisti Eric Tereshinski tərəfindən paylaşıldı. 
 
Məlum olub ki, Eric-in öz dostları kimi hesab etdiyi komanda yoldaşları oyun üçün yığılmış vəsaitin hamısını bahalı barlara, restoranlara içkilərə xərcləyiblər. Bunu bilən zaman Eric öz komandasından ayrılmaq qərarına gəlib. Lakin onun bu fikrini əngəlləyən hüquqi məsələlər var. Belə ki, ETeeski studiyasının sənədlərinə əsasən Eric oyunun hazırlanmasında iştirak edən və istifadəçilərə söz verilən hər işi yerinə yetirmək borcuna sahib olan yeganə insandır. Onu aldadan digər komanda üzvləri isə sadəcə olaraq konsultant vəzifəsində çalışırlar. Eric daha əvvəllər də müqaviləni oxuyan zaman bu kiçik lakin əsas nüansa fikir verməyib. 
 
Oyun üzərində bütün işlər dayandırılıb. Proyektin bütün gameplay videoları isə YouTube-dan yaxın zamanda pozulacaq. Lakin Eric bu xoşagəlməz hadisədən elə-belə ayrılmaq istəmir. O imkan daxilində bütün istifadəçilərin vəsaitlərini öz cibindən ödəməyi istəyir. Bu barədə təkliflər istifadəçilərin mail ünvanlarına göndəriləcək. Gələcəkdə isə Eric oyun sənayesində azad şəkildə çalışmağı planlaşdırır. Öz yeni proyektləri barəsində isə heç bir məlumat vermir. 
 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×