main-post-cover

    "Kickstarter"dəki yeni 99$-lıq laptop hamını təəccübləndirib.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Öncəki günlərdə "Kickstarter"də maraqlı bir layihənin kampaniyası uğurla başa çatıb. Milyonlarca dollar pul toplamağa nail olan Superbook yeniliyə imza atmağa iddialıdır. "Kickstarter"də 21 iyulda başlanan Superbook layihəsi, bir ayın sonunda 2.952.508 dollar toplayaraq, rekorda imza atıb. 16.732 nəfərin dəstək verdiyi layihənin önümüzdəki illərə damğa vurması gözlənilir. Superbook-un 99$-dan satışa çıxması gözlənilir. Superbook-u digər laptoplardan fərqləndirən nədir?
    Superbook-un geniş ekrana, klaviaturaya, touchpada, 8 saat enerji saxlama xüsusiyyətinə sahib olması və telefon şarj edə bilməsi diqqət çəkən məqamlardandır. Amma Superbook-un əsas xüsusiyyətləri bununla bitmir. Belə ki, Android ağıllı telefonunu Superbook-a qoşduğunuzda telefon tamamilə kompüterə optimizasiya olunur və bütün tətbiqlərinizi və s. əməliyyatlarınızı kompüter üzərindən idarə edə bilərsiniz.
     

     
    Superbook-un özəllikləri
    Ekran: 11.6 LCD ekran 768/1080p seçimləri
    Ölçü: 19.3 sm x28.7 sm x 1.8 sm
    Ağırlığı: 0.9 Kq
    Type-C və Micro-B dəstəyi
    Android üçün xüsusi düymə dəsti
    Bu laptop həm rahat, həm də sərfəlidir. 50.000$ toplamağı hədəfləyən Superbook-un belə irəli getməsi gələcəkdə bu laptopa olan maraqdan xəbər verir. Cihazın 2017-ci ilin fevral ayında çıxması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər